26 Sentyabr 2012 05:09
271
PARLAMENT
A- A+

Milli Məclisin payız sessiyasında «Hərbi qulluqçuların statusu haqqında» qanun layihəsi müzakirəyə çıxarılacaq

 

Milli Məclisin payız sessiyasında "Hərbi qulluqçuların statusu haqqında" qanun layihəsi müzakirəyə çıxarılacaq. Bu qanun layihəsində hərbi qulluqçuların sosial təminatı və mənzillə təmin olunması ilə bağlı məsələlər öz əksini tapıb.

Bu barədə dünən Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin iclasında komitə sədri Ziyafət Əsgərov məlumat verib. İclasda 2012-ci il yaz və növbədənkənar sessiyalar dövründə adıçəkilən komitənin gördüyü işlər və payız sessiyası üçün komitənin qanunvericilik işləri planı müzakirə edilib. Ziyafət Əsgərov diqqətə çatdırıb ki, yaz və növbədənkənar sessiya dövründə rəhbəri olduğu komitədə 3 iclası keçirilib və 4 qanun layihəsi müzakirə edilərək Milli Məclisin müzakirəsinə tövsiyə olunub.

Hesabat dövründə komitəyə 55 ərizə və şikayət daxil olub. Komitənin adından müxtəlif ünvanlara aidiyyəti üzrə baxılıb tədbir görülməsi üçün 47 məktub göndərilib. Ərizə və şikayətlərin əksəriyyətini hərbi qulluqçuların və digər vətəndaşların evlə, torpaqla təmin olunması və əfv məsələləri ilə bağlı müraciətlər təşkil edib. Sessiya dövründə komitə sədrinin qəbulunda 40 nəfər şikayətçinin ərizəsinə baxılıb.

Payız sessiyasının qanunvericilik işləri planına gəldikdə isə, birinci vitse-spiker Z.Əsgərov diqqətə çatdırıb ki, Milli Məclisin iclasına bu dövrdə 2 qanun layihəsi təqdim olunacaq. Bunlar "Hərbi qulluqçuların statusu haqqında" və "Silahlı qüvvələr və başqa silahlı birləşmələr haqqında" qanun layihələridir. Komitə sədrinin sözlərinə görə, "Hərbi qulluqçuların statusu haqqında" qanun layihəsi mövcuddur. Ancaq ötən əsrin 90-cı illərində qəbul olunan qanunun yenidən işlənib hazırlanması zərurəti yaranıb. Bu sənəd hərbi qulluqçuların sosial rifahının yüksəldilməsi və mənzil təminatı ilə bağlı problemlərin aradan qaldırılmasına nail olacaq. Qanun layihəsi ilə bağlı artıq komitəyə bir neçə rəy təqdim edilib. Bütün rəylər daxil olduqdan sonra sənəd komitədə müzakirəyə çıxarılacaq və müzakirə edildikdən sonra parlamentin plenar iclasına tövsiyə olunacaq.

Çıxış edən komitə üzvləri hər iki qanun layihəsinin vacib sənəd olduğunu bildirərək öz müsbət rəylərini veriblər.

 

"Azərbaycan"

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video