11:36 20 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:50 20.10.2021

QARABAĞIN HAVA QAPISI


00:49 20.10.2021

11 ayda 14 səfər


00:10 20.10.2021

20 oktyabr


00:06 20.10.2021

Dördgünlük iş həftəsi


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Milli Məclisin komitələrinin birgə iclası keçirilib
ANA SƏHİFƏ / PARLAMENT
18:56 24.05.2021

 

Mayın 24-də Milli Məclisin Mədəniyyət, Hüquq siyasəti və dövlət quruculuğu, İqtisadi siyasət, sənaye və sahibkarlıq və Regional məsələlər komitələrinin birgə iclasında “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, iclasda Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, bir sıra əlaqədar qurumların təmsilçiləri iştirak ediblər.

Tədbirdə əvvəlcə 44 günlük Vətən müharibəsində həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra 15 maddədən ibarət qanun layihəsini təqdim edən Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva 2020-ci ilin Azərbaycan xalqı üçün tarixi ədalətin bərpa olunduğu Zəfər, Qələbə ili kimi yaddaşlara köçdüyünü vurğulayıb. Bu Qələbədə Ulu Öndərin vəsiyyətini sədaqətlə yerinə yetirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və rəşadətli Azərbaycan Ordusunun müstəsna xidmətlərini qeyd edib.

Məlumat verilib ki, layihəyə əsasən, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin inzibati sərhədləri daxilində Şuşa Şəhəri Dövlət Qoruğu yaradılır. Parlamentin müzakirəsinə təqdim olunmuş qanun layihəsi Şuşa şəhərində dövlət siyasətinin əsas istiqamətlərini - Şuşa ərazisində və onun mühafizə zonasında hüquqi tənzimləməni, abidələrin bərpası, qorunması, öyrənilməsi, istifadəsi və təbliğini, ətraf mühitin mühafizəsini, Şuşa ərazisində tikinti, memarlıq və şəhərsalma fəaliyyətini, nəqliyyatın təşkilini, mənzil fondunun idarə edilməsini, sahibkarlıq, reklam, turizm və digər fəaliyyətləri, həmçinin Şuşada beynəlxalq səviyyəli tədbirlərin keçirilməsini və digər bir sıra mühüm məsələləri tənzimləyəcək.

Geniş müzakirələr zamanı Şuşanın işğaldan azad edilməsinin bütün dünya azərbaycanlıları üçün, bütün türk dünyası üçün tarixi, siyasi, mənəvi əhəmiyyəti xüsusi vurğulanıb. Mədəni irs baxımından bu qədim şəhərin inkişaf tarixinə, Azərbaycanın siyasi və mədəni həyatında oynadığı rola nəzər salınıb, Cənubi Qafqazın konservatoriyası və mədəniyyət mərkəzi olduğu qeyd edilib. Çıxışlarda qanun layihəsi yüksək dəyərləndirilib, sənədin konseptual baxımdan mükəmməl hazırlandığı bildirilib.

İclasda Milli Məclisin sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qanunvericilik tariximizdə çox mühüm bir sənədi qəbul etdiyimizi bildirib, Şuşanın statusunun xüsusi qanunla müəyyən edilməsini dövlət quruculuğu sahəsində çox mühüm siyasi hadisə kimi dəyərləndirib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili qeyd edib ki, qanun layihəsində iqtisadi müddəaların yer alması şəhərin iqtisadi həyatının canlanmasına, Şuşanın investorlar üçün cəlbedici olmasına, eyni zamanda, Şuşa şəhərinin gələcəkdə innovativ həllər mərkəzi kimi Azərbaycan şəhərlərinə nümunə olmasına imkan yaradacaq.

Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, bu cür qanunların qəbul edilərək icra olunması sayəsində Şuşa gələcəkdə yalnız bölgənin deyil, ümumiyyətlə, Avropanın ən aparıcı şəhərlərindən və Avropanın mədəniyyət mərkəzlərindən birinə çevriləcək.

Komitələrin birgə iclasında çıxış edən komitə sədrlərinin müavinləri Qüdrət Həsənquliyev, Fazil Mustafa, Əli Məsimli və Elşən Musayev, deputatlar Nizami Cəfərov, Sabir Rüstəmxanlı, Cavanşir Feyziyev, Əziz Ələkbərov, Novruzəli Aslanov qanun layihəsinin məziyyətlərini qeyd etməklə yanaşı, bir sıra təkliflərini də diqqətə çatdırıblar.

Sonra Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbəri Rəşad İsmayılov, Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov, DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Dövlət Agentliyinin Aparat rəhbəri Fuad Qarayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənov qanun layihəsinə münasibətlərini bildirib, rəy və təkliflərini deputatların nəzərinə çatdırıblar.

Müzakirələrin yekununda qərara alınıb ki, milli qanunvericilik tariximizdə mühüm sənəd olan “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsi birinci oxunuşda parlamentin plenar iclasına tövsiyə olunsun.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM