08:10 21 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:59 21.10.2021

21 oktyabr


01:54 21.10.2021

BİLDİRİŞ


01:53 21.10.2021

BİLDİRİŞ


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Milli Məclisin komitə iclasında «2011-ci il dövlət büdcəsinin icrası haqqında» qanun layihəsi müzakirə olunub
ANA SƏHİFƏ / PARLAMENT
01:05 19.05.2012

 

Dünən Milli Məclisin İqtisadi siyasət komitəsinin iclası keçirilib. Dövlət və hökumət üzvlərinin də iştirak etdiyi iclasda "Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi müzakirə olunub.

İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, ötən il Azərbaycanın ictimai-siyasi həyatında çox əlamətdar hadisələr baş verib. Dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünü qeyd edən Azərbaycan bu dövr ərzində həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində regionun və dünyanın inkişaf etmiş ölkələrindən birinə çevrilib.

Sonra maliyyə nazirinin müavini Azər Bayramov "Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi barədə məlumat verib.

A.Bayramov diqqətə çatdırıb ki, dünya ölkələrinin bir çoxunda, xüsusilə də Avropada borc probleminin yaranmasına və iqtisadi enişin müşahidə olunmasına baxmayaraq, Azərbaycanda həyata keçirilən təsirli çevik makroiqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatında mənfi halların yaranmasının qarşısı alınıb. İnkişaf etmiş ölkələrin əksəriyyətində iqtisadi artım templəri zəif olmaqla, yüksək işsizlik səviyyəsi, əlverişli olmayan maliyyə şəraiti, büdcə və maliyyə sektorundakı gərginlik davam edib. Nazir müavini bildirib ki, bir çox inkişaf etmiş ölkələrin maliyyə böhranının ağır təsirlərinə məruz qalmasına baxmayaraq, Azərbaycanda aparılan monetar və fiksal siyasətin nəticəsi kimi əldə olunan makroiqtisadi sabitlik beynəlxalq qurumlar tərəfindən də yüksək qiymətləndirilib.

A.Bayramovun sözlərinə görə, 2011-ci il icmal büdcənin gəlirləri 23 milyard 225 milyon manat təşkil etməklə 116,2 faiz icra olunub. Bu isə 2010-cu illə müqayisədə 19,4 faiz çoxdur. İcmal büdcənin xərcləri isə 17 milyard 540 milyon manat icra edilib ki, bu da ondan əvvəlki illə müqayisədə 28,6 faiz çoxdur. Hesabat ilində ölkədəki davamlı makroiqtisadi sabitlik və iqtisadi artımın dinamikası əhalinin sosial rifahının yaxşılaşdırılmasına və sosial müdafiəsinin gücləndirilməsinə zəmin yaradıb. Bu istiqamətdə əməkhaqlarının, pensiyaların, bir sıra müavinət və təqaüdlərin artımı, elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, bədən tərbiyəsi sektorlarında davamlı inkişaf təmin edilib. Cari ilin əvvəlinə vahid xəzinə hesabının qalığı 382 milyon manat olub. Ötən il ərzində ümumi daxili məhsulun (ÜMD) həcmi 2010-cu ilə nisbətən müqayisədə 40 milyon  manat artaraq 50,1 milyard manat, o cümlədən qeyri-neft sektorunda ÜDM 24,2 milyard manat olub. Ötən il ÜDM-də qeyri-neft sektorunun xüsusi çəkisi 48,3 faiz təşkil edib.

İclasda Hesablama Palatasının sədri Heydər Əsədov palatanın builki rəyinin ilk dəfə olaraq Maliyyə Nazirliyi, Dövlət Statistika Komitəsi və digər iqtisadi qurumların ümumi göstəriciləri ilə yanaşı, büdcə təşkilatlarının hesabatlarına, materiallarına istinad olmaqla hazırlandığını deyib. 

Müzakirələr zamanı deputatlardan Çingiz Əsədullayev, Vahid Əhmədov, Əli Məsimli və başqaları layihə ilə bağlı rəy və təkliflərini bildiriblər.

Sonda sənəd Milli Məclisin plenar iclasına tövsiyə olunub.

 

"Azərbaycan"



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM