05 May 2021 23:13
742
PARLAMENT
A- A+

Milli Məclisin komitə iclasında 12 məsələyə baxılıb  

Mayın 5-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, gündəlikdəki məsələləri şərh edən komitə sədri Tahir Mirkişili sahibkarlıq subyektlərinin inkişaf etdirilməsinin, prosedurların daha da şəffaflaşmasının Azərbaycanın iqtisadi qanunvericiliyində görülən işlərin əsas hədəflərindən olduğunu bildirib. Qeyd edib ki, “Dövlət satınalmaları haqqında” Qanunda nəzərdə tutulan çoxsaylı dəyişikliklər də həmin məqsədə xidmət edir. Tahir Mirkişili dövlət satınalmaları ilə bağlı kifayət qədər müsbət və əhatəli yeni qanunun hazırlanma prosesində olduğunu açıqlayıb və onun qəbuluna qədər mövcud qanuna irəli sürülən dəyişiklərin hazırda aktual olan, xüsusən də sahibkarlıq subyektlərini narahat edən bir çox məsələləri tənzimləyəcəyini deyib.

İclasda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi vəzifəsini icra edən Sahib Məmmədov bildirib ki, “Dövlət satınalmaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi Azərbaycan Prezidentinin dövlət satınalmalarında şəffaflığın və səmərəliliyinin təmin edilməsinə dair tapşırıqlarının icrası, bu sahədə ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyinin daha da yaxşılaşdırılması məqsədilə hazırlanıb. O, qanun layihəsində nəzərdə tutulan elektron satınalmanın əhatə dairəsinin genişləndirilməsi, dövlət satınalmalarında sahibkarların iştirakı üçün geniş imkanların yaradılması, prosedurların və şikayət mexanizminin təkmilləşdirilməsi, məsuliyyət tədbirlərinin müəyyən edilməsi kimi məsələlər barədə məlumat verib.

Müzakirədə çıxış edən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli, deputatlar Vüqar Bayramov, Rüfət Quliyev, Aydın Hüseynov, Mahir Abbaszadə, İqbal Məmmədov, Məşhur Məmmədov, Elnur Allahverdiyev dövlət satınalmalarında şəffaflığın, sağlam rəqabətin və səmərəliliyin artırılması, sui-istifadə hallarının aradan qaldırılması, ictimai nəzarətin gücləndirilməsi ilə bağlı fikirlərini səsləndiriblər, təkliflərini bildiriblər.

Komitədə “Dövlət satınalmaları haqqında” Qanunda dəyişiklik edilməsi və bu dəyişikliklərdən irəli gələrək, həm də İnzibati Xətalar Məcəlləsində dəyişiklik olunması haqqında qanun layihələri birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Sonra iclasda Mülki Məcəllədə və “Sığorta fəaliyyəti haqqında”, “Tibbi sığorta haqqında” qanunlarda, Torpaq Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, həmçinin “Antiinhisar fəaliyyəti haqqında”, “Enerji resurslarından istifadə haqqında”, “Yerin təki haqqında”, “Qaz təchizatı haqqında”, “Energetika haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrinə baxılıb.

Deputatlara məlumat verilib ki, Vergi Məcəlləsində, “Lisenziyalar və icazələr haqqında” və “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi Azərbaycan Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası, eləcə də sığorta fəaliyyətini tənzimləməsi və ona nəzarət mexanizminin təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

İclasda “Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”nin və “Dənizçinin şəxsiyyət sənədinin spesifikasiyası, təsviri və nümunəsi”nin təsdiq olunması barədə” Azərbaycan Respublikasının 2008-ci il 1 fevral tarixli Qanununda dəyişiklik edilməsi haqqında qanunun layihəsi və uyğunlaşdırma xarakteri daşıyan “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi, həmçinin “Ələt azad iqtisadi zonası haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ikinci oxunuşda Milli Məclisin müzakirəsinə tövsiyə edilib.

Sonra komitədə Milli Məclis tərəfindən hazırlanan, mahiyyətcə bir-birinə yaxın olan Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında və “Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Daşınmaz əmlakın dövlət reyestri haqında” və “İpoteka haqqında” qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihələri nəzərdən keçirilib, Əmək Məcəlləsində və Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinə baxılıb.

İclasda deputatlar Məzahir Əfəndiyev, Anar Məmmədov, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Dövlət satınalmaları şöbəsinin müdiri Əhməd Həsənov və digər rəsmi şəxslər iştirak ediblər. Fikir mübadiləsini İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili yekunlaşdırıb.

Komitədə baxılan 12 məsələnin hamısı parlamentin plenar iclasında müzakirəyə tövsiyə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video