03 May 2013 05:05
415
PARLAMENT
A- A+

Milli Məclisin İqtisadi siyasət komitəsinin iclası keçirilmişdir

 

Mayın 2-də Milli Məclisin İqtisadi siyasət komitəsinin iclası keçirilmişdir. Komitənin sədri, akademik Ziyad Səmədzadə gündəlikdə duran məsələlər haqqında məlumat verərək demişdir ki, Azərbaycan Prezidenti "Avtomobil yolları haqqında" və "İcbari sığorta haqqında" Azərbaycan Respublikasının qanunlarına dəyişiklik edilməsi ilə əlaqədar Milli Məclisə iki qanun layihəsi təqdim etmişdir.

Qeyd olunmuşdur ki, Azərbaycan iqtisadiyyatının dinamik inkişafı yol-nəqliyyat kompleksi haqqında mövcud olan qanuna dəyişiklik edilməsi zərurətini yaratmışdır.

Qanun layihəsində yol işlərinin planlaşdırılması, yolların genişləndirilməsi, yol kənarındakı xidmət obyektlərinin fəaliyyətinin tənzimlənməsi, hərəkat iştirakçılarının hüquq və vəzifələri, yolun istismarı zamanı təhlükəsizliyin təmin olunması kimi məsələlər öz əksini tapmışdır.

Eyni zamanda layihədə Azərbaycanda ödənişli yolların salınması məsələsinə də aydınlıq gətirilmişdir. Mövcud respublika əhəmiyyətli yollara alternativ olaraq tikiləcək ödənişli yollar həm dövlət büdcəsinə gəlir gətirəcək, həm də sürücülərin rahatlığını təmin edəcəkdir.

Sonra "İcbari sığorta haqqında" qanun layihəsinə baxılmışdır.

Qeyd olunmuşdur ki, ölkədə iqtisadi fəallığın artması ilə əlaqədar sığorta müqavilələri də artmışdır. Cari ilin birinci rübündə sığorta bazarında 25 faiz artım müşahidə edilmişdir. Bu artım mövcud qanunvericiliyə dəyişiklik edilməsi məsələsini ortaya qoymuşdur.

Qanun layihəsində sığorta üçün lazım olan sənədlərin notariusda təsdiq olunması məsələsi aradan qaldırılmış, sənədləşmə işlərinin internet vasitəsi ilə aparılması nəzərdə tutulmuşdur.

Müzakirələrdə komitə üzvləri Vahid Əhmədov, Əli Məsimli, Cavid Qurbanov və başqaları iştirak etmişlər.

Hər iki qanun layihəsinin Milli Məclisin plenar iclasına çıxarılması tövsiyə olunmuşdur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video