21:25 23 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:45 23.10.2021 Azad yurdum
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Milli Məclisin İnsan hüquqları komitəsinin payız sessiyasında onlayn formatda ilk iclası keçirilib
ANA SƏHİFƏ / PARLAMENT
17:05 21.09.2021

 

Sentyabrın 21-də Milli Məclisin İnsan hüquqları komitəsinin payız sessiyasında onlayn formatda ilk iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, komitə sədri Zahid Oruc gündəliyə komitənin 2021-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində gördüyü işlər barədə hesabat, payız sessiyası üçün iş planının layihəsi daxil edildiyini deyib.

Diqqətə çatdırılıb ki, keçən dövr ərzində komitə səmərəli fəaliyyət göstərib. Ötən sessiyalarda komitənin 10 iclası keçirilib, 16 məsələ müzakirə olunub. Komitə tərəfindən 6 qanun layihəsi Milli Məclisin müzakirəsinə tövsiyə edilib və qəbul olunub. Komitədə həmçinin, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2020-ci il üzrə məruzəsi və İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatı dinlənilib. Bununla yanaşı, Vəkillər Kollegiyası ilə birgə vəkillik fəaliyyəti ilə bağlı onlayn tədbir, insan hüquqları profilli QHT-lərlə görüş keçirilib. Komitə üzvləri müxtəlif KİV-lərdə, o cümlədən sosial media platformalarında aktual məsələlər barədə çıxışlar ediblər, seçiciləri ilə görüşüblər.

Bildirilib ki, hesabat dövründə komitəyə 515 ərizə və şikayət daxil olub, bir sıra məsələlər öz həllini tapıb. Komitə tərəfindən 195 vətəndaş onlayn və ənənəvi qaydada qəbul edilib.

Sonra komitənin cari ilin payız sessiyası üçün iş planına baxılıb. Bildirilib ki, bu sessiya ərzində qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim olunan qanun layihələrinin müzakirəsi, mövcud qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində bəzi qanunlara dəyişikliklərin edilməsi nəzərdə tutulub. Komitədə Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində törədilən cinayətlərin, Azərbaycan dövlətinə dəymiş ziyanın, ölkə vətəndaşlarının pozulmuş hüquqlarının müdafiəsinin beynəlxalq instansiyalarda baxılması məsələsi ilə bağlı və digər mövzularda dinləmələrin keçirilməsi planlaşdırılır.

Qarşıdakı müddətdə ölkədə medianın, o cümlədən sosial şəbəkələrin mövcud durumu və inkişaf strategiyası ilə bağlı İnsan hüquqları üzrə müvəkkilin və Medianın İnkişafı Agentliyinin iştirakı ilə fikir mübadiləsi aparılacaq. Bu sessiyada insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla, müvafiq profilli QHT-lərlə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri də gündəlikdə durur. Komitə üzvləri, eyni zamanda, məişət zorakılığının qarşısının alınması ilə bağlı maarifləndirilmə tədbirlərinin həyata keçirilməsi, rəqəmsal məkanda ölkə vətəndaşlarının hüquqlarının qorunması ilə bağlı layihələrin hazırlanmasında da fəal iştirak edəcəklər.

İclasda komitə üzvləri Hikmət Məmmədov, Tahir Kərimli, Fazil Mustafa, Bəhruz Məhərrəmov, Naqif Həmzəyev, Elşad Mirbəşiroğlu, Jalə Əhmədova, Razi Nurullayev, Elman Nəsirov, Tural Gəncəliyev, parlament Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid, şöbənin İnsan hüquqları üzrə qanunvericilik sektorunun müdiri Sarvan Sadıqov çıxış edərək gündəlikdəki məsələlər barədə fikirlərini söyləyiblər, təkliflərini veriblər.

Onlayn iclasın sonunda komitə sədri Zahid Oruc müzakirələrdə səsləndirilən məsələlərə öz münasibətini bildirib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM