19 May 2014 03:05
413
PARLAMENT
A- A+

Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası olmuşdur

Mayın 19-da Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilmişdir.

AzərTAc xəbər verir ki, iclasda “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanunu”nun layihəsi müzakirə edilmişdir. Komitənin sədri Əli Hüseynli sazişin əhəmiyyətindən danışaraq demişdir ki, bu sənədə əsasən Azərbaycan Avropa İttifaqına daxil olan dövlətlərin ərazisində qanunsuz yaşayan vətəndaşlarının geri qaytarılması öhdəliyini üzərinə götürür. Sazişin Azərbaycan parlamentində təsdiq olunacağı təqdirdə vətəndaşların Avropa İttifaqı ölkələrinə getmək üçün viza alması prosedurunda tətbiq edilən məhdudiyyətlər aradan qalxacaqdır.
Qeyd olunmuşdur ki, Azərbaycanın iqtisadi inkişafı ilə əlaqədar ölkəmizə Avropadan çox sayda iş adamları gəlirlər və bu saziş onların ölkə ərazisində yaşayaraq fəaliyyət göstərməsini də hüquqi baxımdan tənzimləyəcəkdir.
İclasda deputatlar tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində - Dağlıq Qarabağda və ətraf rayonlarda yaşayan vətəndaşlarının bu sazişə əsasən Avropa İttifaqı ölkələrindən readmissiya olunmasının hansı yolla həyata keçirilməsi məsələsi də qaldırılmışdır. Komitə sədri Ə. Hüseynli bildirmişdir ki, həmin məsələ Xarici İşlər Nazirliyi ilə birgə müzakirə olunacaq və saziş plenar iclasda müzakirəyə çıxarılarkən bununla bağlı konkret fikir təqdim olunacaqdır.
Müzakirələrdən sonra komitə üzvləri sazişi təsdiqləyərək plenar iclasa çıxarılmasını tövsiyə etmişlər.
Sonra Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişiklik edilməsi məsələsinə baxılmışdır. Qeyd olunmuşdur ki, dəyişikliyə əsasən şəxsiyyət, cəmiyyət və dövlət əleyhinə törədilmiş cinayətlərə görə tətbiq olunan sanksiyaların artırılması nəzərdə tutulur. Avropa təcrübəsinə istinad olunaraq bu sanksiyaların müddəti 15 ildən 20 ilə qədər artırılmalıdır.
Daha sonra inzibati xətalar, şəhərsalma və tikinti məcəllələrinə, əməliyyat-axtarış fəaliyyəti, orden və medalların təsis edilməsi haqqında qanunlara dəyişikliklər edilməsi məsələləri müzakirə edilmiş və dəyişikliklərin plenar iclasa çıxarılması tövsiyə olunmuşdur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video