11:54 21 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:59 21.10.2021

21 oktyabr


01:54 21.10.2021

BİLDİRİŞ


01:53 21.10.2021

BİLDİRİŞ


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin yaz sessiyasında ilk iclası keçirilib
 
ANA SƏHİFƏ / PARLAMENT
15:17 23.01.2021

 

Yanvarın 23-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin yaz sessiyasında onlayn formatda ilk iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, iclası açan komitənin sədri Musa Quliyev bildirib ki, gündəliyə 3 məsələ daxildir. Sonra komitə sədri 2020-ci ilin payız sessiyası ərzində Əmək və sosial siyasət komitəsində görülən işlər barədə hesabatı və komitənin 2021-ci ilin yaz sessiyası dövrünə dair işlər planı haqqında məlumat verib.

Bildirib ki, 2020-ci ilin payız sessiyası dövründə komitənin iclaslarında 18 qanun layihəsi müzakirə edilərək Milli Məclisə tövsiyə edilib. Bu dövr ərzində komitədə 3 dinləmə keçirilib. Bunlar “Koronavirus pandemiyası dövründə sosial müdafiə tədbirləri”, “Müharibə veteranlarının, qazilərin, şəhid ailələrinin sosial müdafiəsi və sosial psixoloji adaptasiyasına dair təklif və mülahizələr” mövzusunda və sessiyanın sonunda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin də iştirakı ilə keçirilmiş dinləmələrdir.

Komitə sədri diqqətə çatdırıb ki, 2020-ci ilin payız sessiyası dövründə komitəyə 129 sənəd, o cümlədən vətəndaşlardan 114 ərizə və şikayət, nazirliklərdən və idarələrdən 22 cavab məktubu daxil olub. Komitənin ünvanına daxil olan ərizə və şikayətlərin yarıdan çoxu əsasən sosial müdafiə məsələləri, 19-u işsizlik, 6-sı qaçqınlar və məcburi köçkünlərlə bağlı məsələlər, 5 ərizə də vətəndaşların mənzil problemləri ilə bağlı olub.

Ötən müddət ərzində komitədə 2 səyyar qəbul keçirilib, 35 vətəndaş qəbul edilib və onların qaldırdıqları problemlər və məsələlər dinlənilib, tövsiyələr və məsləhətlər verilib.

Əmək və sosial siyasət komitəsinin 2021-ci ilin yaz sessiyası dövrünə dair işlər planı haqqında danışan Musa Quliyev bildirib ki, yaz sessiyasında “Turizm haqqında” qanun layihəsinin müzakirəsi nəzərdə tutulur və “Xeyriyyəçilik fəaliyyəti haqqında” qanun layihəsinin hazırlanması üzərində iş davam etdiriləcək.

Komitə sədri bildirib ki, Milli Məclisin Sədri Sahibə Qafarovanın tövsiyəsinə əsasən komitələrdə dinləmələr daha geniş şəkildə keçirilir. Həmin dinləmələrdə məqsəd problemlərin təhlil edilməsi və həllidir. Yaz sessiyasında da komitədə 3 dinləmənin keçirilməsi nəzərdə tutulur. Bunlar Şəhid ailələrinin və əlilliyi olan şəxslərin sosial müdafiəsi, Əhalinin məşğulluğunun təmin edilməsi və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanunun icrası ilə bağlı olacaq.

Gündəlikdəki üçüncü məsələ - “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi barədə məlumat verən komitə sədri Musa Quliyev bildirib ki, sosial müdafiəyə ehtiyacı olan bir qrup insan üçün “Məşğulluq haqqında” Qanunda 5 faizlik kvota müəyyənləşdirilib. Yəni onlar birinci növbədə işlə təmin edilməlidirlər. Bu dəyişikliklə həmin kateqoriyaya şəhid ailələrinin üzvləri də daxil edilir. Qanunun 4 maddəsinə ediləcək dəyişikliklər şəhid ailələrinin həm işə götürülməsi, həm peşə hazırlığı, həm özünüməşğulluq tədbirlərinə, həm də haqqı ödənilən ictimai və sosial işlərə cəlb olunmasında onlara üstünlük yaradan məsələdir. Bu dəyişikliklər dövlətimizin şəhid ailələrinə diqqətinin daha bir nümunəsidir.

Gündəlikdəki məsələlərin müzakirəsi zamanı çıxış edən komitə üzvləri Məlahət İbrahimqızı, Aqil Məmmədov, Vüqar Bayramov, Arzu Nağıyev, Səttar Möhbalıyev, Jalə Əliyeva, Sevinc Hüseynova, Əziz Ələkbərli, Soltan Məmmədov və Rauf Əliyev çıxış edərək payız sessiyasının hesabatı, yaz sessiyasının işlər planı və “Məşğulluq haqqında” Qanuna təklif olunan dəyişikliklər barədə fikirlərini bildiriblər, təkliflərini veriblər.

Müzakirələrdən sonra 2020-ci ilin payız sessiyası ərzində Əmək və sosial siyasət komitəsində görülən işlər barədə hesabat və komitənin 2021-ci ilin yaz sessiyası dövrünə dair işlər planı qənaətbəxş hesab edilib.

“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi isə birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM