02:44 28 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
02:41 28.10.2021

28 oktyabr


02:35 28.10.2021

Şuşanın incisi


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclası keçirilib
ANA SƏHİFƏ / PARLAMENT
18:39 03.03.2021

 

Martın 3-də Milli Məclisin əmək və sosial siyasət komitəsinin videokonfrans formatında iclası keçirilib.

Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, komitənin sədri Musa Quliyev iclasda “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirə ediləcəyini deyib. Məlumat verib ki, Əmək Məcəlləsinə təklif olunan hazırkı dəyişikliklər əmək münasibətlərində mülki-hüquqi münasibətlər formasından sui-istifadə hallarının qarşısının alınması məqsədi daşıyır və dəyişikliklərlə bağlı qanun layihəsinin parlamentin plenar iclasında müzakirəsi zamanı deputatların qaldırdığı məsələlər nəzərə alınıb, müəyyən dəqiqləşdirmələr aparılıb. Vurğulanıb ki, “Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”na uyğun olaraq həyata keçirilən bu qanunvericilik təşəbbüsü işçilərin əmək hüquqlarının möhkəmləndirilməsinə, onların istirahət, məzuniyyət, sosial təminat, habelə gələcəkdə pensiya təminati məsələlərinin müsbət həll edilməsinə yönəlib.

İclasda çıxış edən Milli Məclis sədrinin birinci müavini, hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputatlar Məlahət İbrahimqızı, Jalə Əliyeva, Səttar Möhbalıyev, Aqil Məmmədov, Vüqar İskəndərov, Sevinc Hüseynova, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bildiriblər ki, bu mühüm yenilik real əmək münasibətlərinin xidməti müqavilə ilə rəsmiləşdirilməsi mexanizmini yaratmaqla qeyri-rəsmi məşğulluğun azalmasına hesablanıb. Vurğulanıb ki, Əmək Məcəlləsinə təklif olunan dəyişikliklər böyük işçi kütləsinin əmək hüquqlarını möhkəmləndirəcək, sosial müdafiəsini gücləndirəcək və onların rifahının yüksəlməsinə xidmət edəcək.

Müzakirələrin sonunda komitə üzvləri “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsini ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə ediblər.

Onlayn iclasda Milli Məclisin deputatları Ziyad Səmədzadə, Rauf Əliyev, Arzu Nağıyev, Əziz Ələkbərli, Vüqar Bayramov, Rəşad Mahmudov, Razi Nurullayev, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və digər rəsmi şəxslər iştirak ediblər.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM