19:53 24 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:09 24.10.2021 256 il yaşayan insan
00:07 24.10.2021 Aman qocalıq
00:06 24.10.2021

Ən tez bu orqan qocalır


00:04 24.10.2021 Cavanlığın sirri
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib
ANA SƏHİFƏ / PARLAMENT
21:05 15.03.2021

 

Martın 15-də Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, iclasda əvvəlcə komitə sədri Bəxtiyar Əliyev “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatı barədə” danışıb.

Komitə sədri Nazirlər Kabinetinin 2020-ci ildəki fəaliyyətini müsbət qiymətləndirib. Bildirib ki, ötən il dünya ölkələrinin iqtisadiyyatlarına böyük ziyan vuran pandemiyanın mənfi təsirlərinə Azərbaycan nəinki uğurla müqavimət göstərib, eyni zamanda, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən kompleks tədbirlər nəticəsində ölkə iqtisadiyyatında 2020-ci ildə nailiyyətlər əldə olunub. O, Azərbaycanın “Doing Business 2020” hesabatında mövqeyinin 6 pillə yüksəlməsini və ölkəmizin dünyanın “Ən islahatçı 10 ölkəsi” sırasında qərar tutmasını xüsusi vurğulayaraq Vətən müharibəsində Qələbədən sonra Azərbaycanın biznes və sərmayə qoyuluşları üçün daha da cəlbedici ölkəyə çevrildiyini deyib.

Çıxış edən komitə üzvləri ölkəmizin 2020-ci ildəki nailiyyətlərini böhranı uğura necə çevirməyin nümunəsi kimi dəyərləndiriblər və hökumətin hesabatı ilə bağlı müsbət fikir bildiriblər.

Sonra Bəxtiyar Əliyev “Vətənpərvərlik tərbiyəsi ilə bağlı qanun layihəsinin hazırlanması” ilə əlaqədar məlumat verərək bildirib ki, Prezident İlham Əliyevin altıncı çağırış Milli Məclisin ilk iclasında proqram xarakterli nitqində verdiyi tövsiyələr parlamentin qarşısında böyük vəzifələr qoyub və onlardan biri də gənclərin milli ruhda, vətənpərvərlik ruhunda yetişdirilməsi ilə bağlı idi. Komitə sədri diqqətə çatdırıb ki, qarşıya qoyulan vəzifələrə uyğun olaraq ötən dövr ərzində Milli Məclisdə intensiv iş aparılıb. Qeyd olunub ki, xüsusən Vətən müharibəsi zamanı vətənpərvər gənclərimizin döyüş şücaəti sayəsində əldə olunan Şanlı Zəfər fonunda komitənin müzakirəsinə çıxarılan “Vətənpərvərlik tərbiyəsi ilə bağlı qanun layihəsinin hazırlanması” məsələsi xüsusi aktuallıq kəsb edir.

Məsələ ilə bağlı çıxış edən komitə üzvləri Musa Qasımlı, İsa Həbibbəyli, Aqiyə Naxçıvanlı, Eldar Quliyev, Kamilə Əliyeva, Ceyhun Məmmədov, Etibar Əliyev, Anar İsgəndərov, Fatma Yıldırım, Şahin Seyidzadə gənc nəslin milli ruhda böyüməsinin və onlara vətənpərvərliyin aşılanmasının qanunvericilikdə təsbit olunması ilə bağlı fikirlərini səsləndiriblər. Deputatlar müasir dövrdə gənclərin xarici təsirlərdən qorunmasının, tarixi, milli dəyərlərə və dövlətçiliyə sadiqlik ruhunda yetişdirilməsinin vacibliyini qeyd edərək bu məsələnin əhəmiyyətindən danışıblar.

İclasda komitə üzvləri Rafael Hüseynov, Ülviyyə Ağayeva, Tamam Cəfərova, Afət Həsənova, Pərvin Kərimzadə, Müşfiq Məmmədli və digər rəsmi şəxslər iştirak ediblər.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM