25 Fevral 2014 03:02
685
PARLAMENT
A- A+

Milli Məclisin Elm və təhsil komitəsi ilə Latviya Respublikası Seyminin nümayəndə heyəti arasında görüş keçirilmişdir

 

Fevralın 24-də Azərbaycan Respublikasının Milli Məclisinin Elm və təhsil komitəsinin üzvləri  ilə Latviya Respublikası Seyminin Azərbaycan parlamenti ilə əməkdaşlıq qrupunun nümayəndə heyəti arasında  görüş keçirilmişdir.

AzərTAc xəbər verir ki, görüşdə komitənin sədri  Şəmsəddin Hacıyev Azərbaycan ilə Latviya arasındakı münasibətlərin qədim tarixindən danışmışdır. O bildirmişdir ki, iki ölkə arasında müxtəlif sahələrdə əlaqələr dinamik inkişaf edir və əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı potensial vardır. Ş.Hacıyev məlumat vermişdir ki, hər bir ölkənin təhsil sistemi  həmin ölkənin dayanıqlı və ardıcıl inkişafını təmin edən əsas amillərdəndir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə bir çox sahələrdə, o cümlədən təhsildə çox sürətli inkişafa nail olunmuşdur. O, ölkəmizdə təhsil sahəsində aparılmış çoxşaxəli islahatlardan, təhsil proqramlarından, elmin və təhsilin inkişafına göstərilən dövlət qayğısından danışmışdır.

Komitə sədri qeyd etmişdir ki, bu gün təhsildə müşahidə edilən müsbət göstəricilər uzun illərdir aparılan islahatların, düzgün siyasətin nəticəsidir.

Latviyanın "Yaşıllar və kəndlilər ittifaqı" siyasi fraksiyasının deputatı Dana Reyznietse-Ozola Latviyanın təhsil sistemi haqqında məlumat vermiş, bu sahədə əldə olunmuş nailiyyətlər, mövcud problemlərdən danışmışdır.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunmuş, əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılmışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video