20 Oktyabr 2021 12:01
807
SİYASƏT
A- A+

Milli Məclisin deputatları Özbəkistanda keçiriləcək prezident seçkilərini izləyəcəklər

 

Milli Məclis sədrinin müavini Fəzail İbrahimlinin başçılığı ilə parlament nümayəndə heyəti Özbəkistanda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün oktyabrın 21-də bu ölkənin paytaxtı Daşkənd şəhərinə səfərə yola düşəcək.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Milli Məclis sədrinin müavini Fəzail İbrahimli və nümayəndə heyətinə daxil olan İntizam komissiyasının sədri Eldar İbrahimov, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, deputatlar Cavanşir Paşazadə və Aydın Mirzəzadə MDB PA-nın xətti ilə, deputat Ağalar Vəliyev isə TÜRKPA-nın xətti ilə seçkiləri müşahidə edəcəklər.

Deputatlar seçkilərə hazırlığın səviyyəsi ilə maraqlanacaq, səsvermə günü müxtəlif məntəqələrdə seçkinin gedişini izləyəcək, vətəndaşların fəallığına, səsvermə prosesində seçicilərin hüquqlarının təmin olunmasına və demokratiyanın tələblərinə riayət edilməsinə diqqət yetirəcəklər.

Səfər oktyabrın 25-də başa çatacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video