17:06 18 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Milli Məclisin deputatları MDB Parlament Assambleyasının iclasında iştirak ediblər
ANA SƏHİFƏ / PARLAMENT
20:40 26.05.2021

 

Mayın 26-da MDB Parlament Assambleyasının (PA) iki daimi komissiyasının videokonfrans formatında iclasları və birgə təşkil etdikləri dəyirmi masa keçirilib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, MDB PA-nın Mədəniyyət, informasiya, turizm və idman üzrə daimi komissiyasının onlayn iclasında Milli Məclisin deputatları – bu komissiyanın sədr müavini Rauf Əliyev və Tamam Cəfərova iştirak ediblər.

Qeyd edək ki, gündəlikdəki “MDB-yə üzv ölkələrin rəqəmsal inkişaf sahəsində əməkdaşlığı”na və bu sahədə model qanun yaradıcılığına, həmçinin “MDB dövlətlərində elektron formada çap olunmuş nəşrin məcburi surətinin təqdim edilməsi məsələsində vahid yanaşmanın müəyyənləşdirilməsi”nə dair tövsiyə layihələrinə Azərbaycan parlamentinin təklif etdiyi dəyişikliklər və əlavələr öncədən quruma təqdim olunub.

Videokonfransda Rauf Əliyev “Teatr və teatr fəaliyyəti haqqında” model qanun layihəsinə və bu ilin sentyabrında Krasnoqorskda keçiriləcək idman kinoları festivalına dair müzakirələrdə fikirlərini bildirib.

MDB PA-nın Aqrar siyasət, təbii ehtiyatlar və ekologiya üzrə daimi komissiyasının iclasında Milli Məclisin deputatı, bu komissiyanın sədr müavini Mixail Zabelin iştirak edib.

Videokonfransda ekoloji təhlükəsizlik, istehsal və istehlak tullantıları, xüsusi mühafizə olunan təbiət əraziləri, taxıl, arıçılıq, radioaktiv çirklənməyə məruz qalan ərazilərin hüquqi rejimi və s. haqqında model qanun konsepsiyaları, həmçinin “Müasir şəhərin siması” mövzusunda konfransa hazırlığın gedişi müzakirə olunub.

Mixail Zabelin çıxış edərək 30 illik işğal dövründə Ermənistan tərəfin Azərbaycan ekologiyasına və təbii sərvətlərinə vurduğu ziyanı faktlarla MDB parlamentarlarının diqqətinə çatdırıb, minlərlə hektar meşə massivinin məhv edildiyini bildirib və bununla bağlı məsuliyyət məsələsinin MDB PA sənədlərində ehtiva olunmasını təklif edib.

MDB PA-nın yaz sessiyası çərçivəsində keçirilən “MDB ölkələrində kənd turizminin inkişafı. Problemlər və perspektivlər” mövzusunda dəyirmi masada Azərbaycanı Milli Məclisin deputatları Rauf Əliyev və Tamam Cəfərova təmsil ediblər.

Qarışıq formatda (canlı və onlayn) təşkil olunmuş birgə tədbirdən əsas məqsəd kənd turizminin inkişaf perspektivlərini araşdırmaq, problemin qanunvericilik aspektlərini ətraflı müzakirə etmək, kənd turizminin inkişafı istiqamətində uğurlu strategiya və proqramların həyata keçirilməsi üçün məlumat və təcrübə mübadiləsindən bəhrələnmək olub.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM