24 May 2013 03:05
413
PARLAMENT
A- A+

Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında ev heyvanlarının qorunması məsələsi müzakirə edilmişdir

 

Mayın 23-də Milli Məclisin Aqrar siyasət komitəsinin iclası olmuşdur.

İclasda "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsi müzakirə edilmişdir.

AzərTAc xəbər verir ki, komitənin sədri Eldar İbrahimov Azərbaycanın ev heyvanlarının saxlanması haqqında Avropa Konvensiyasına qoşulduğunu və buna görə də mövcud qanunvericilikdə dəyişikliyin edilməsi zərurətinin yarandığını diqqətə çatdırmışdır.

Bildirilmişdir ki, qanun layihəsində ev heyvanlarının saxlanması, qidalanması, daşınması, onların yarışlara cəlb edilməsi kimi məsələlərin tənzimlənməsi nəzərdə tutulmuşdur.

Dəyişikliklərə əsasən, ev heyvanları ilə qəddar davranışa görə cərimələrin həcmi yüksəldilmişdir. Əgər əvvəllər ev heyvanlarından sui-istifadəyə və onlarla rəhmsizcəsinə davranışa görə 40 manat cərimə nəzərdə tutulmuşdusa, yeni qanuna görə bu məbləğ 500 manata qaldırılmışdır.

Qanuna dəyişikliklər edilməsinin əsas məqsədi ev heyvanlarını qorumaqdan ibarətdir.

Müzakirələrdən sonra qanun layihəsinin Milli Məclisin plenar iclasına çıxarılması tövsiyə edilmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video