10 Oktyabr 2012 12:10
261
PARLAMENT
A- A+

Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib

 

Oktyabrın 9-da Milli Məclisin Aqrar siyasət komitəsinin növbəti iclası keçirilib. Komitənin sədri Eldar İbrahimov bildirdi ki, iclasın  gündəliyinə  daxil edilən "Mərkəzi Asiya və Qafqazda balıqçılıq təsərrüfatı və akvakultura  sahəsində  regional  komissiyaya  dair  saziş"in  təsdiq  edilməsi  haqqında qanun layihəsi Prezident İlham Əliyevin  imzası ilə Milli Məclisə  göndərilib.

Milli Məclis Aparatının İqtisadi  qanunvericilik  şöbəsinin  müdir müavini Şahmərdan Kərimov müzakirəyə təqdim olunan qanun layihəsini ətraflı şərh etdi.  Bildirdi ki,  1995-ci ildə  BMT-nin Ərzaq  və Kənd  Təsərrüfatı  Təşkilatının (FAO) konfransında  qəbul  edilmiş  bu sənəd  balıqçılıq  təsərrüfatlarının  və  akvakulturanın ölkələrin inkişafında rolunu, daxili su hövzələrində balıqçılığın səmərəliliyini,  məşğulluğun  və ərzaq  təhlükəsizliyinin yaxşılaşdırılmasını  özündə  ehtiva edir. Buna görə də 2009-cu ilin əvvəlində FAO-nun nəzdində belə bir komissiyanın yaradılması qərara alınıb. Regional komissiyanın məqsədi  regionda su bioloji resurslarının inkişafına, mühafizəsinə, səmərəli idarə olunmasına, akvakulturanın  davamlı inkişafına  kömək  etməkdir.

İclasda  iştirak  edən Ekologiya  və Təbii Sərvətlər Nazirliyinin  Elmi-Tədqiqat Balıqçılıq İnstitutunun direktoru Mehman Axundov komissiyanın  funksiya  və öhdəlikləri barədə  məlumat verdi, bu sənədin ölkədə balıqçılığın inkişafına verə  biləcəyi  səmərədən söhbət  açdı. 

Komitə  üzvləri Eldar Quliyev,  Novruzəli Aslanov, Tahir  Süleymanov, Mahir  Aslanov sənədlə bağlı  fikirlərini bildirdilər.

Sonda sənəd parlamentin plenar iclasının müzakirəsinə tövsiyə olundu.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video