09:50 22 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:21 22.10.2021

22 oktyabr


00:14 22.10.2021

BİLDİRİŞ


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Milli Məclisdə Vətən müharibəsinin qəhrəmanları və jurnalistlərlə görüş keçirilib
ANA SƏHİFƏ / PARLAMENT
20:46 06.05.2021

 

Mayın 6-da Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev Vətən müharibəsində iştirak etmiş bir qrup qəhrəmanla və arxa cəbhədə fəallığı ilə seçilmiş jurnalistlərlə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Adil Əliyev tariximizin şanlı səhifəsi olan Vətən müharibəsindən söhbət açaraq, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun torpaqlarımızı düşmən işğalından azad etməsinin hər bir azərbaycanlıda qürur hissi doğurduğunu diqqətə çatdırıb. Bildirib ki, ulu öndər Heydər Əliyevin dövründə başlanmış ordu quruculuğu, yüksəkixtisaslı hərbi qulluqçuların hazırlanması və hərbi sahəyə göstərilən diqqətin Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi uğurlu nəticəsini verdi.

Milli Məclis sədrinin müavini ölkəmizdə həyata keçirilən gənclər və idman siyasəti, idmanda kütləviliyin təmin edilməsi istiqamətində həyata keçirilən işlərdən danışıb, müharibədə qazanılan böyük qələbədə hərbçilərimizin fiziki hazırlığının da mühüm rol oynadığını qeyd edib.

Adil Əliyev bildirib ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri özü yerinə yetirən Azərbaycan ərazi bütövlüyünü bərpa edib.

Milli Məclis sədrinin müavini Vətən müharibəsi zamanı dövlətimizin başçısının “Biz birlikdə güclüyük!” şüarını rəhbər tutan xalqımızın istər döyüş meydanında, istərsə də arxa cəbhədə fəal iştirakını, xüsusilə, gənclərimizin həm cəbhədə, həm də informasiya müharibəsində fəallığını yüksək qiymətləndirib.

Diqqətə çatdırılıb ki, Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərimizin bərpası, habelə şəhid ailələrinin və qazilərimizin qayğı ilə əhatə olunması qarşımızda dayanan əsas vəzifələrdəndir.

Səmimi görüşə görə təşəkkürlərini bildirən iştirakçılar fəaliyyət göstərdikləri sahələrdə bundan sonra da ciddi səylə çalışacaqlarını, ölkəmizin daha da inkişafı üçün əllərindən gələni əsirgəməyəcəklərini diqqətə çatdırıblar.

Sonda görüş iştirakçılarına Vətən müharibəsində arxa cəbhədə göstərdikləri xidmətlərə görə Milli Məclisin Gənclər və idman komitəsinin Fəxri fərmanı təqdim edilib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM