15 Mart 2021 21:06
936
PARLAMENT
A- A+

Milli Məclisdə Vətən müharibəsində iştirak etmiş tibb işçiləri ilə görüş olub  

 

Martın 15-də Milli Məclis sədrinin müavini, parlamentin gənclər və idman komitəsinin sədri Adil Əliyev Vətən müharibəsində iştirak etmiş səhiyyə işçiləri ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, tibb işçilərini salamlayan sədr müavini Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun torpaqlarımızı düşmən işğalından azad etməsindən bəhs edərək bu tarixi Qələbəni tariximizin ən şanlı səhifələrindən biri kimi dəyərləndirib.

Adil Əliyev diqqətə çatdırıb ki, döyüş meydanında qazanılmış Qələbənin dövlətimizin başçısı tərəfindən diplomatik müstəvidə də uğurla davam etdirilməsi nəticəsində Ağdam, Kəlbəcər, Laçın bir güllə belə atılmadan geri alındı. Bu, diplomatiyamızın çox böyük uğuru idi. Vətən müharibəsində xalqımız arxa cəbhədə, igidlərimiz isə ön cəbhədəki şücaəti ilə ölkəmizin gücünü bir daha bütün dünyaya göstərdi.

Pandemiya və müharibə dövründə həkimlərimizin fəaliyyətindən bəhs edən sədr müavini onların fədakarlığını yüksək dəyərləndirib. Bildirib ki, həkimlərimizin səyi nəticəsində bir çox yaralı hərbçimiz həyata qaytarılıb, bir çox hərbçimizin isə müalicəsi davam etdirilir. O, göstərdikləri fədakarlığa və vətənpərvər mövqeyə görə bir daha tibb işçilərinə minnətdarlığını ifadə edib.

Görüşdə iştirak edən tibb işçiləri onlara göstərilən diqqətə görə təşəkkürlərini bildiriblər, yaralı hərbi qulluqçularımıza xidmət göstərməyin onların vətəndaşlıq borcu olduğunu qeyd ediblər.

Tədbirin sonunda Vətən müharibəsində xidmət etmiş həkimlərə Milli Məclisin gənclər və idman komitəsinin Fəxri fərmanı təqdim edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video