16 Oktyabr 2012 12:10
393
PARLAMENT
A- A+

Milli Məclisdə Rəqabət Məcəlləsinin layihəsinin ictimai müzakirəsi keçirilmişdir

 

Oktyabrın 15-də Milli Məclisdə Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin ictimai müzakirəsi keçirilmişdir.

AzərTAc xəbər verir ki, Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət komitəsinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə birgə təşkil etdiyi müzakirələrdə yerli və xarici təşkilatların təmsilçiləri də iştirak etmişlər. 

İqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə tədbiri açaraq demişdir ki, rəqabətə davamlı milli iqtisadiyyatın formalaşması, ölkəmizin beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi sivil bazar münasibətlərinin tətbiqi  qanunvericiliyin təkmilləşdirilməsi zərurətini yaratmışdır. Qarşılıqlı münasibətlərin formalaşması və inamın məntiqi nəticəsində Azərbaycan dünyanın 140-dan çox ölkəsi ilə iqtisadi əməkdaşlıq əlaqələri qurmuşdur, Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır. Bununla yanaşı, davamlı inkişafımızın uzun ömürlülüyünü təmin etmək, dövrün yeni tələblərinə cavab vermək üçün müvafiq hüquqi bazanın təkmilləşdirilməsi tələb olunur. Bunun üçün də Azərbaycanda qanunvericiliyin daha da genişləndirilməsi diqqət mərkəzindədir. Bu gün yeni qanunlar hazırlanır, bəzi qanunlara əlavələr və dəyişikliklər olunur, qanunvericilik bazası daha da təkmilləşdirilir. Hazırlanan yeni qanun layihələrindən biri də Rəqabət Məcəlləsidir. Rəqabət Məcəlləsinin daha mükəmməl hazırlanması üçün ictimai müzakirələr təşkil olunur.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Rəqabət Məcəlləsinin layihəsinin hazırlanması ilə bağlı görülən işlərdən danışmış, Azərbaycanda rəqabətə davamlı, dünya bazarına çıxarılacaq məhsul istehsalında bu cür qanunların əhəmiyyətini xüsusi qeyd etmişdir.

İctimai müzakirələrdə USAİD-in nümayəndələri də iştirak etmişlər.    

Daha sonra Azərbaycan hökumətinin və USAİD-in birgə dəstəklədiyi "Azərbaycanda rəqabətlilik və ticarət layihəsi" barədə təqdimat olmuşdur.

USAİD-in nümayəndələri Rəqabət Məcəlləsinin hazırlanmasını yüksək qiymətləndirmiş, bu qanunun qəbulundan sonra Azərbaycanın dünya bazarına çıxışına şərait yaradan, normal, rəqabətə davamlı məhsul istehsalının artacağına əminliklərini ifadə etmişlər.

Müzakirələrdə yeni hazırlanan Rəqabət Məcəlləsinin əhəmiyyətindən söz açılmış, müxtəlif təkliflər səslənmişdir.

Çıxış edən deputatlar layihənin beynəlxalq standartlara uyğunlaşdırılması üçün görülən işləri məqbul saymışlar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video