20 Oktyabr 2012 01:10
280
PARLAMENT
A- A+

Milli Məclisdə qəbul

 

Oktyabrın 19-da Milli Məclisin Sədri Oqtay Əsədov Türkiyənin ölkəmizdə yeni təyin olunmuş səfiri İsmayıl Alpər Coşqunu qəbul etdi.

Spiker qonağı səmimi salamlayaraq ona yeni vəzifədə uğurlar arzuladı. Bildirildi ki, dost və qardaş xalqlarımız arasında tarixən mövcud olan əlaqələr yeni mərhələdə günbəgün dərinləşməkdədir. Türkiyə ilə münasibətlər müstəqil Azərbaycanın xarici siyasətində çox önəmli yer tutur. Ulu öndər Heydər Əliyevin "bir millət, iki dövlət" ifadəsi bugünkü əməkdaşlığımızın qayəsini təşkil edir. Siyasi, iqtisadi sahədə münasibətlərimiz uğurla davam etdirilir. Dövlətlərarası münasibətlər sistemində çox önəmli rol oynayan parlamentlər əlaqələrimizin daha da dərinləşməsinə öz layiqli töhfələrini verməkdədir. Deputatlarımızın qarşılıqlı səfərləri, mötəbər beynəlxalq qurumlarda birgə, səmərəli fəaliyyəti təqdirəlayiqdir. Biz gələcəkdə bu sahədə münasibətlərimizi daha da dərinləşdirmək niyyətindəyik.

Söhbətdə Milli Məclisin Sədri ümidvar olduğunu bildirdi ki, Türkiyənin ölkəmizdə təyin olunmuş yeni səfiri xalqlarımızın rifahının yüksəlməsi naminə əlaqələrimizin  daha da möhkəmlənməsi işində öz səylərini əsirgəməyəcəkdir.

Səmimi qəbul üçün minnətdarlığını bildirən səfir İsmayıl Alpər Coşqun ölkələrimiz arasındakı əlaqələrin strateji xarakter daşıdığını vurğuladı. Qonaq həyatın müxtəlif sahələrində münasibətlərimizin daha da inkişafı naminə öz qüvvə və bacarığını əsirgəməyəcəyini söylədi. Bildirildi ki, Türkiyə qardaş Azərbaycan xalqının uğurlarına sevinir və gələcəkdə də hər zaman onun yanında olacaqdır.

Söhbətdə ikitərəfli əlaqələrin gələcək inkişaf perspektivləri, parlamentlər səviyyəsində münasibətlərin inkişafı, regional münaqişələrin həlli yolları və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

Milli Məclisin mətbuat xidməti

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video