20 Iyun 2013 01:06
387
PARLAMENT
A- A+

Milli Məclisdə Ombudsmanların XI Beynəlxalq konfransının iştirakçıları ilə görüş keçirilmişdir

 

İyunun 19-da Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov Bakıda keçirilən Ombudsmanların XI Beynəlxalq konfransının iştirakçıları ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, qonaqları salamlayan birinci vitse-spiker İnsan Hüquqları Günü və BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 65 illiyi münasibətilə keçirilən  konfransın insan haqlarının qorunması sahəsində əhəmiyyətini yüksək qiymətləndirmişdir. Z.Əsgərov konfransın insanların siyasi, sosial və mədəni haqlarının təmin edilməsi istiqamətində təbliğat baxımından da faydalı olduğunu bildirmişdir. Qeyd olunmuşdur ki, Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsinə böyük önəm verilir və bu, ölkədə qəbul olunmuş "Azərbaycan 2020: Gələcəyə baxış" konsepsiyasının mühüm tərkib hissəsidir.

Qonaqlara ölkəmizdə iqtisadi, siyasi, humanitar, mədəni sahələrdə gedən inkişaf, əldə edilmiş nailiyyətlər haqqında məlumat verən Z.Əsgərov bildirmişdir ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra 1995-ci ildə qəbul etdiyi Konstitusiyada insan hüquq və azadlıqlarına geniş yer verilmişdir. Parlamentdə bununla bağlı kifayət qədər qanunvericilik aktları qəbul olunmuş, ölkəmiz insan haqlarının qorunmasına dair bir sıra beynəlxalq konvensiyalara qoşulmuşdur.

Qazanılmış uğurlarla yanaşı, mövcud problemlərdən də söz açan Ziyafət Əsgərov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində ölkəmizdə 1 milyondan çox qaçqın və məcburi köçkünün olduğunu diqqətə çatdırmışdır. Onların hüquqlarının qorunmasının vacibliyinə toxunan vitse-spiker bu məsələdə beynəlxalq dəstəyin əhəmiyyətini xüsusi qeyd etmişdir.

Görüşdə çıxış edən YUNESKO-nun Moskva bürosunun sosial və humanitar məsələlər üzrə müavini Alla Ampar səmimi görüşə və Azərbaycanın konfransı yüksək səviyyədə təşkil etməsinə görə minnətdarlığını bildirmişdir.

Digər ölkələrin ombudsmanları öz çıxışlarında ölkəmizdə gedən inkişafın onlarda xoş təəssürat yaratdığını söyləmiş və qeyd etmişlər ki, Azərbaycan həm iqtisadi sahədə uğurlarına, həm də dövlət tərəfindən insanlara qayğı və dəstəyə görə bir çoxlarına nümunə ola biləcək bir ölkədir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video