Milli Məclis “Müstəqillik Günü haqqında” qanun layihəsini ikinci oxunuşda qəbul etdi
Oktyabrın 12-də Milli Məclisin Sədri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin növbəti plenar iclası keçirilib.
Cari məsələlərin müzakirəsində deputatlar Ceyhun Məmmədov, Razi Nurullayev, Tahir Kərimli, Fazil Mustafa, İltizam Yusifov, Əminə Ağazadə, Cəbi Quliyev, Tural Gəncəliyev, Bəhruz Məhərrəmov, Şahin İsmayılov Vətən müharibəsində qazanılan Zəfərin birinci ildönümü ərəfəsində ölkəmizdə baş verən mühüm ictimai-siyasi hadisələrdən, işğaldan azad olunmuş bölgələrdə aparılan quruculuq işlərindən, Azərbaycan gənclərinin xaricdə təhsil almasına göstərilən qayğıdan söz açıblar. Həmçinin deputatlar seçicilərini düşündürən məsələlərə - səhiyyədəki, şəhərlərarası sərnişindaşımadakı vəziyyətə, bölgələrdə suvarma suyu probleminə, bəzi məktəb binalarının qəzalı vəziyyətdə olmasına, ucqar kəndlərdə internet sürətinin zəifliyinə və s. diqqət yönəldiblər.
Milli Məclisin Sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, gündəlikdə bir məsələ - “Müstəqillik Günü haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi var.
Plenar iclasda “Müstəqillik Günü haqqında” qanun layihəsini ikinci oxunuşda təqdim edən Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli öncə birinci oxunuş zamanı çıxış etmiş deputat həmkarlarına təşəkkürünü çatdırıb. Parlamentə Azərbaycan Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim olunmuş bu qanun layihəsinin məzmununun, məntiqinin və zərurətinin müzakirələrdə düzgün şərh edilərək Azərbaycan cəmiyyətinə çatdırıldığını qeyd edib.
Məlumat verilib ki, sözügedən qanun layihəsinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirəsi zamanı səslənən fikirlər - qanunun preambulası ilə əlaqədar, texniki redaktə xarakterli və digər səpkili bir sıra təkliflər qanunvericilik təşəbbüsü subyekti ilə razılaşdırılıb və yeni variantda öz əksini tapıb. Həmin dəyişiklikləri deputatların nəzərinə çatdıran Əli Hüseynli birinci oxunuş zamanı səslənmiş bir sıra fikirlərə də münasibətini açıqlayıb.
Sonra iclasda “Müstəqillik Günü haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsinə başlanıb. Öncə qanun layihəsi əsas kimi qəbul olunub.
Müzakirələrdə Milli Məclis Sədrinin müavini Fəzail İbrahimli, komitə sədrləri Zahid Oruc, Tahir Mirkişili, deputatlar Nizami Cəfərov, Əziz Ələkbərov, İsa Həbibbəyli, Fazil Mustafa, Musa Qasımlı, Qüdrət Həsənquliyev, Sahib Alıyev, Hikmət Məmmədov, Erkin Qədirli qanun layihəsinə dair rəy və təkliflərini bildiriblər.
Birinci vitse-spiker, komitə sədri Əli Hüseynli çıxışlara münasibət bildirib, deputatları maraqlandıran sualları cavablandırıb. Qeyd olunub ki, ikinci oxunuş zamanı parlamentdə səslənmiş təkliflər də qanunvericilik təşəbbüsü subyektinin diqqətinə çatdırılacaq.
Müzakirələrin yekununda “Müstəqillik Günü haqqında” qanun layihəsi öncə maddə-maddə, sonra isə bütövlükdə səsə qoyulub və ikinci oxunuşda qəbul edilib.
Ülkər XASPOLADOVA,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
"Avtomobil yolları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə...
29 Mart
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq e...
29 Mart
"Avtomobil yolları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərba...
29 Mart
“Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitəl...
29 Mart
“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tari...
29 Mart
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdi...
29 Mart
“Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edi...
29 Mart
“Azərbaycan Respublikası Prezidentinin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası...
29 Mart
“Bakı şəhərətrafı dəmiryol nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydala...
29 Mart
“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” ...
29 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Bütöv Azərbaycanın Zəfər tonqalı20 Mart 2024
Parçalanmış dünyanın bərpasına töhfə19 Mart 2024
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ18 Mart 2024
Prezident İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər YE...17 Mart 2024
Fransa növbəti dəfə ifşa olundu16 Mart 2024
ÇOX OXUNANLAR
Xoş niyyətlər bayramı20 Mart 2024
Azərbaycan Qafqazda sülhü də bərqərar edəcək19 Mart 2024
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram...18 Mart 2024
Natəvanın heykəlinə qarşı vandalizm Fransa tarixinin utancverici hadisəsidir17 Mart 2024
Bakı Forumunda Azərbaycanın COP29-a evsahibliyi etməsi dəstəkləndi16 Mart 2024
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!