12:23 18 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Milli Məclisdə korrupsiyaya qarşı mübarizənin hüquqi bazasına dair «dəyirmi masa» keçirilmişdir
ANA SƏHİFƏ / PARLAMENT
03:05 15.05.2012
 

Mayın 14-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi və "Şəffaflıq Azərbaycan" Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin  birgə təşkilatçılığı ilə  korrupsiyaya qarşı mübarizənin  hüquqi bazasına dair "dəyirmi masa" keçirilmişdir.

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə ölkəmizdə reallaşdırılan layihə çərçivəsində təşkil edilən tədbirdə bir sıra hökumət qurumlarının təmsilçiləri, beynəlxalq təşkilatların və yerli QHT-lərin nümayəndələri iştirak etmişlər. 

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli tədbirin əhəmiyyətindən danışmış, müzakirələrin açıq, konstruktiv şəkildə keçəcəyinə əminliyini ifadə etmişdir. Müzakirələr zamanı veriləcək təkliflərin deputatlar tərəfindən araşdırılacağını bildirmişdir.

"Şəffaflıq Azərbaycan" Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin icraçı direktoru Rəna Səfərəliyeva "dəyirmi masa" ideyasını dəstəklədiyinə və təşkilinə göstərilən köməyə görə Milli Məclisin rəhbərliyinə təşəkkür etmişdir.

Sonra Milli Məclis Aparatının əməkdaşı Eldar Əsgərovun Azərbaycan parlamentinin qanun yaradıcılığı praktikasındakı mövcud vəziyyət və perspektivlər, hüquqi təşəbbüslər barədə məruzəsi dinlənilmişdir. Ölkəmizdə korrupsiyaya və rüşvətxorluğa qarşı ciddi mübarizə aparıldığını deyən məruzəçi Azərbaycan Prezidentinin sərəncamına əsasən 2007-ci ildə təsdiqlənmiş "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya"dan bəhs etmişdir. Həmin sənədin korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının (2004-2006-cı illər) davamı olduğunu vurğulamışdır. Bu sahədə həyata keçirilən tədbirlərdən bəhs edən məruzəçi bildirmişdir ki, antikorrupsiya strategiyası ölkəmizin qanunvericilik bazasında da öz əksini tapmışdır. Cinayət Məcəlləsində korrupsiya cinayətlərinə böyük bir fəsil ayrılmışdır. Məcəllənin bir sıra maddələrində vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və vermə, dövlətin müstəsna mülkiyyətində olan torpaq sahələrinə dair qanunsuz qərar qəbul etmə, vəzifə saxtakarlığı, nüfuz alveri, səhlənkarlıq və digər əməllərə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur.

"Dəyirmi masa" iştirakçılarının diqqətinə çatdırılmışdır ki, korrupsiyaya qarşı mübarizənin normativ-hüquqi bazasını zənginləşdirmək məqsədilə Milli Məclis son illərdə "Korrupsiyaya qarşı mübarizə haqqında", "Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi Qaydaları", "Dövlət qulluqçularının etik davranış Qaydaları", "Məlumat azadlığı haqqında", "İnformasiya əldə etmək haqqında", "Dövlət satınalmaları haqqında", "İnzibati icraat haqqında" qanunları və İnzibati Prosessual Məcəlləni qəbul etmişdir. Həmçinin Cinayət Məcəlləsinə edilən dəyişikliklər korrupsiya hüquqpozmalarına görə cinayət məsuliyyəti daşınması prosedurlarını müəyyənləşdirmişdir. Parlament qanun yaradıcılığını davam etdirir və sözügedən sahə ilə bağlı yeni qanun layihələrinin qəbulu da gündəmdədir. Milli Məclisdə ikinci oxunuşa hazırlanan Şəhərsalma və Tikinti Məcəlləsində şəffaflıq məsələsi daha qabarıq əksini tapmışdır. 

Məruzə dinlənildikdən sonra "Konstitusiya" Araşdırmalar Fondunun sədri Əliməmməd Nuriyev çıxış edərək Azərbaycanda korrupsiyaya qarşı mübarizə üzrə normativ-hüquqi bazanın inkişafından danışmış, rəy və təkliflər irəli sürmüşdür.

Sonra mövzu ətrafında geniş müzakirələr olmuş, Konstitusiya Məhkəməsinin, Dövlət Sosial Müdafiə Fondunun, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri səslənən fikirlərə münasibətlərini açıqlamışlar.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini Rövşən Rzayev vətəndaş cəmiyyətinin üzvləri ilə belə görüşlərin əhəmiyyətini yüksək dəyərləndirmişdir. "Dəyirmi masa"da səslənən fikirlərin komitə üzvlərində böyük maraq doğurduğunu, qanun yaradıcılığına dair çox məntiqli fikirlərin səsləndiyini bildirmişdir.

Sonda bir fikir xüsusi vurğulanmışdır ki, ölkəmizdə korrupsiyaya qarşı mübarizədə bütün təşkilatlar, dövlətlə vətəndaş cəmiyyəti birgə fəaliyyət göstərsə daha səmərəli nəticələr əldə olunar. 

 

"Azərbaycan"



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM