22 Sentyabr 2021 17:17
954
PARLAMENT
A- A+

Milli Məclisdə işğaldan azad olmuş ərazilərdə tarixi adların bərpası ilə bağlı təkliflər səsləndirilib  

 

Sentyabrın 22-də Milli Məclisin Regional məsələlər komitəsinin payız sessiyasında onlayn formatda ilk iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, komitə sədri Siyavuş Novruzov müzakirəyə Regional məsələlər komitəsinin ötən yaz və növbədənkənar sessiyalar dövründə fəaliyyətinə dair hesabat və qarşıdakı payız sessiyası üçün iş planı layihələrinin çıxarıldığını deyib.

Qeyd olunub ki, Milli Məclisin 2021-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə Regional məsələlər komitəsi 6 iclas keçirib. İclaslarda 16 məsələyə baxılıb, o cümlədən 14 qanun layihəsi müzakirələrdən keçərək Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Hesabat dövründə komitədə Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinlənilib, Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin Monitorinq Komitəsi ilə “Azərbaycanda yerli və regional idarəetmə ilə bağlı son islahatlar, inkişaflar və problemlər” mövzusunda müzakirələr aparılıb, həmçinin “Azərbaycanda yerli özünüidarəetmənin inkişaf perspektivləri: mövcud vəziyyət və qarşıdakı vəzifələr”, “Heydər Əliyev və Qüdrətli Azərbaycan”, “Müstəqilliyimiz əbədidir, daimidir və dönməzdir” mövzularında onlayn konfranslar və digər tədbirlər keçirilib.

Diqqətə çatdırılıb ki, hesabat dövründə komitənin ünvanına və komitə üzvlərinə ümumilikdə 4699 müraciət daxil olub və onlarda qaldırılan məsələlərin böyük əksəriyyəti öz həllini tapıb. Həmçinin Regional məsələlər komitəsinin üzvləri sosial şəbəkələrdə, Kütləvi İnformasiya Vasitələrində ölkənin aktual məsələləri ilə bağlı çoxsaylı çıxışlar ediblər, müxtəlif tədbirlərə, eləcə də təmsil olunduqları beynəlxalq təşkilatların və parlament dostluq qruplarının iclaslarına qatılıblar, seçildikləri ərazilərdə cəmiyyətin həssas qrupları, xüsusən də şəhid ailələrinin, qazilərin problemləri ilə yaxından maraqlanıblar.

Siyavuş Novruzov iş planı ilə bağlı bildirib ki, qarşıdakı sessiya ərzində qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim olunan qanun layihələrinin müzakirəsi, mövcud qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində qanunlara dəyişikliklərin edilməsi, həmçinin aidiyyəti qurumlarla, yerli idarəetmə orqanları ilə dinləmələrin keçirilməsi kimi məsələlər nəzərdə tutulub.

İclasda komitə üzvləri Nizami Cəfərov, Səbinə Xasayeva, Aqil Məmmədov, Kamran Bayramov, Tahir Rzayev, həmçinin Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid çıxış edərək gündəliyə dair fikirlərini bildiriblər, işğaldan azad olmuş ərazilərdə tarixi adların bərpası, bələdiyyələrin işinin təşkili və digər məsələlərlə bağlı təkliflərini səsləndiriblər.

Onlayn tədbirdə Regional məsələlər komitəsi sədrinin müavini Elşən Musayev, deputatlar Məzahir Əfəndiyev, Emin Hacıyev, Malik Həsənov, Səttar Möhbalıyev, Cavid Osmanov və Əliabbas Salahzadə iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video