10:05 26 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
02:07 26.10.2021

26 oktyabr


01:58 26.10.2021

BİLDİRİŞ


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Milli Məclisdə İƏT-in Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının nümayəndə heyəti ilə görüş keçirilib
 
ANA SƏHİFƏ / SİYASƏT
18:43 23.09.2021

Sentyabrın 23-də Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) sədri Saed Mohammed Abdulla Omair Alğfelinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, qonaqları salamlayan Əli Hüseynli İƏT-in Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının bir sıra münaqişələrlə səmərəli məşğul olduğunu qeyd edib, komissiyanın Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti zamanı insan hüquqları pozuntusu faktlarını araşdırmaq üçün ölkəmizə səfərini yüksək qiymətləndirib.

Milli Məclis sədrinin birinci müavini vurğulayıb ki, Qarabağ münaqişəsi artıq mövcud deyil, çünki Azərbaycan beynəlxalq hüquqa əsasən, məsələ ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin də tələblərinə uyğun olaraq torpaqlarını Ermənistanın işğalından azad edib. Əli Hüseynli Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətləri faktları ilə bağlı respublikanın hüquq-mühafizə orqanlarının apardığı təhqiqatlarda, həm də beynəlxalq təşkilatların hesabatlarında tutarlı faktların mövcud olduğunu qeyd edib.

Görüşdə iştirak edən Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc İƏT və onun qurumlarının Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı ədalətli və birmənalı mövqeyindən, həm təşkilatın, həm də üzv dövlətlərin erməni təcavüzünü qətiyyətlə pisləməsindən, işğalçı qüvvələrin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz çıxmasının tələb edilməsindən razılıqla söz açıb. Bildirilib ki, Azərbaycan da öz növbəsində İƏT ölkələrinin başlıca problemlərinə dair aparılan müzakirələrdə, qərar və qətnamələrin qəbul edilməsində daim konstruktiv və birmənalı mövqe sərgiləyib, İslam ölkələri ilə bütün sahələrdə əməkdaşlığa böyük önəm verib.

İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının sədri Saed Mohammed Abdulla Omair Alğfeli öz növbəsində səfər çərçivəsində Ermənistan işğalından azad olunmuş ərazilərimizə səfər edəcəklərini bildirib və faktaraşdırıcı missiya həyata keçirəcəkləri barədə məlumat verib.

Söhbət zamanı İƏT MDİHK-nın sədr müavini Hacı Ali Açıkgül, komissiya katibliyinin icraçı direktoru Butt Marghub Salim, həmçinin Ombudsman Aparatının rəhbəri, İƏT MDİHK-nın üzvü Aydın Səfixanlı missiyanın görəcəyi işlər, aparacağı araşdırmalar barədə danışıblar. Qeyd edilib ki, hesabat hazır olandan sonra dünya ictimaiyyətinə təqdim ediləcək.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM