31 Oktyabr 2012 01:10
566
PARLAMENT
A- A+

Milli Məclisdə görüş

 

Oktyabrın 30-da Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvləri ölkəmizdə səfərdə olan Avropa Şurası Baş katibinin müavini xanım Qabriela Battaini-Draqoninin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşlər.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Qabriela Battaini-Draqonini bu vəzifəyə seçilməsi münasibətilə təbrik etdi. Bildirdi ki, Azərbaycanın bu təşkilatdakı nümayəndə heyəti o vaxt Prezident İlham Əliyevin başçılığı ilə fəaliyyətə başlamışdı. İndi Azərbaycan Andora və Avstriyadan sonra bu təşkilata rəhbərlik etməyə hazırlaşır.

Səməd Seyidov dedi ki, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyəti həmişə fəal olmuş, öz mövqeyini, ölkəmizin problemlərini bu təşkilatın diqqətinə çatdırmış və bundan sonra da çatdıracaqdır. 2005-ci ildə bu təşkilat tərəfindən Dağlıq Qarabağ münaqişəsinə dair qəbul olunmuş 1416 saylı qətnamə isə hər iki tərəfin uğurudur.

Səməd Seyidov qeyd etdi ki, Azərbaycan Avropa Şurasının yeganə üzvüdür ki, onun 20 faiz torpağı işğal altındadır və 1 milyon vətəndaşı yurd-yuvasından didərgin düşmüşdür. Təəssüf ki, bu beynəlxalq təşkilatın bəzi strukturları və bəzi nümayəndələri ölkəmizə qarşı qərəzli mövqe nümayiş etdirirlər. Bildirildi ki, Dağlıq Qarabağ münaqişəsi artıq təkcə Azərbaycanın yox, həm də Avropa Şurasının problemidir və bu təşkilatın imicinə mənfi təsir göstərir.

Səmimi görüş üçün təşəkkürünü bildirən xanım Qabriela Battaini-Draqoni yenidən Azərbaycana gəlməkdən və hər gəlişində burada bütün cəmiyyətin inkişafının şahidi olmasından məmnunluğunu ifadə etdi. Qonaq Azərbaycanın qonşuluq siyasətinin və mədəniyyətlərarası dialoqun inkişafındakı rolunu xüsusi vurğuladı. Söhbət zamanı Avropa Şurasında  Azərbaycanla bağlı fəaliyyət planının qəbul edilməsinin vacibliyi vurğulandı və ölkəmizdə Avropa Şurasının Bakı ofisi ilə həyata keçirilən layihələrin əhəmiyyətindən danışıldı.

Görüşdə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, AŞ PA-dakı nümayəndə heyəti rəhbərinin müavini Əli Hüseynli, nümayəndə heyətinin üzvləri Sevinc Fətəliyeva, Rafael Hüseynov, Fazil Mustafa çıxış edərək qonağa yeni vəzifəsində uğurlar arzuladılar.

Söhbət zamanı tərəfləri maraqlandıran müxtəlif məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.

 

Milli Məclisin Mətbuat xidməti

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video