06 Oktyabr 2012 04:10
456
PARLAMENT
A- A+

Milli Məclisdə görüş

 

Oktyabrın 5-də Milli Məclisin Sədri Oqtay Əsədov Avropa Parlamentinin deputatı xanım Rəşidə Datini qəbul etdi.

Görüşdə Spiker Avropa Parlamentinin Fransadan olan nümayəndəsini Milli Məclisdə görməyindən məmnun olduğunu söylədi. Qeyd edildi ki, bu cür görüşlər qarşılıqlı münasibətlərimizin bir sıra aspektlərini müzakirə etmək baxımından çox önəmlidir. Müstəqil Azərbaycan dünyanın mötəbər beynəlxalq qurumları, o cümlədən Avropa Parlamenti ilə əlaqələrin inkişafını daim diqqət mərkəzində saxlayır.

Avropa strukturlarına inteqrasiya ölkənin xarici siyasətinin prioritet istiqamətlərindəndir. Azərbaycan quruma üzv ölkələrlə də əlaqələrini genişləndirməkdədir. Biz bundan sonra da Avropada özünəməxsus yeri olan Fransa ilə siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əlaqələrimizi genişləndirmək niyyətindəyik.

Sədr qeyd etdi ki, bəzən beynəlxalq qurumlar tələskənliyə yol verir, obyektiv reallığı əks etdirməyən məlumatlar əsasında qərarlar qəbul edirlər. Azərbaycan da bu hallarla rastlaşır. Bədxahlarımızın  təsiri altında qəbul olunmuş bu qərarlar ölkə ictimaiyyətini haqlı olaraq narahat edir, Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin tezliklə aradan qalxmasına maneçilik törədir. Biz münaqişənin beynəlxalq hüquq normaları əsasında ədalətli həllinə tərəfdarıq.

Səmimi qəbul üçün minnətdarlığını bildirən Avropa Parlamentinin fransalı üzvü xanım Rəşidə Dati Bakıda keçirilən İkinci Beynəlxalq Humanitar Forumda iştirakından və burada keçirdiyi görüşlərdən söz açdı. O, Avropa Parlamentində və Fransada Azərbaycanın çoxsaylı  dostları olduğunu və ölkəmizin uğurlarına sevindiklərini söylədi. Xanım Rəşidə Dati ölkəmizin inkişafı barədə məlumatları və bölgə həqiqətlərini avropalı deputatlara çatdıracağını bildirdi.

Qeyd edildi ki, Azərbaycan Avropa Parlamenti və Fransa üçün Cənubi Qafqazda çox önəmli ölkədir. Buna görə bölgədə baş verən ictimai-siyasi proseslərə diqqət böyükdür. Biz gələcəkdə də  Qafqazın bu bölgəsi ilə əlaqələrimizi genişləndirmək niyyətindəyik. İnanıram ki, münasibətlərimizin inkişafı hər iki tərəf üçün faydalı olacaqdır.

Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

Milli Məclisin mətbuat xidməti

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video