26 Sentyabr 2012 05:09
475
PARLAMENT
A- A+

Milli Məclisdə görüş

 

Sentyabrın 25-də Milli Məclisdə İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova ATƏT-in insan alverinə qarşı xüsusi nümayəndəsi Maria-Qrasia Ciammarinaronun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdü.

Komitə sədri qonaqları səmimi salamlayaraq, ölkəmizlə beynəlxalq qurumlar arasında insan hüquqlarının müdafiəsi sahəsində görülən işlər haqqında söhbət açdı. Görüşdə Azərbaycanın müstəqillik əldə etdikdən sonra bu sahədə bütün beynəlxalq konvensiyalara qoşulduğu qeyd edildi. 2004-cü ildə insan alverinə qarşı Milli fəaliyyət planının hazırlandığı və 2005-ci ildə qəbul edildiyi vurğulandı. Son illər ölkəmizin iqtisadi inkişafının miqrantların sayına ciddi təsir göstərdiyi bildirilərək qanunvericilik sahəsində də bu məsələ ilə əlaqədar müəyyən işlər görüldüyü söylənildi. Milli Məclisdə insan alverinə qarşı mübarizə ilə bağlı atılan addımlar barədə geniş məlumat verildi.

Görüşdə Maria-Qrasia Ciammarinaro Azərbaycanla ATƏT arasında bir çox sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu qeyd etdi. Qonaq dünyada cinayətkarlığın artdığı bir dövrdə insan alverinə qarşı mübarizənin ATƏT tərəfindən yaxından izlənildiyini bildirdi. İqtisadi inkişafın olduğu bir dövlətdə qeyri-qanunu miqrasiyaya qarşı mübarizənin vacibliyi vurğulandı. Bu sahədə əməkdaşlığın əhəmiyyəti diqqətə çatdırıldı.

Sonra ikitərəfli əlaqələrin inkişaf yolları müzakirə olundu, qonaqları maraqlandıran məsələlərə aydınlıq gətirildi.

 

Milli Məclisin Mətbuat xidməti

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video