19:07 23 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:45 23.10.2021 Azad yurdum
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Milli Məclisdə görüş
ANA SƏHİFƏ / PARLAMENT
02:05 18.05.2012

 

Mayın 17-də Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli BMT-nin sağlamlıq hüququna dair xüsusi məruzəçisi Anand Qroverin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.
Hadi Rəcəbli bildirdi ki, Azərbaycanda digər sahələr kimi səhiyyə də davamlı inkişaf etməkdədir. Komitə sədri qonağa Milli Məclisdə səhiyyə sahəsində qəbul olunmuş qanunlar haqqında ətraflı məlumat verdi. Bildirdi ki, bu sahədə artıq kifayət qədər qanunvericilik bazası formalaşdırılmışdır. Hadi Rəcəbli diqqətə çatdırdı ki, ölkəmizdə "İcbari sosial sığorta haqqında" qanun qəbul olunmuş, Dövlət Sığorta Agentliyi təsis edilmişdir. Qeyd olundu ki, hazırda icbari sosial sığorta sisteminin işə düşməsi üçün bütün imkanlar yaradılmışdır.
Görüş üçün təşəkkürünü bildirən Anand Qrover diqqətə çatdırdı ki, Azərbaycanın səhiyyə sistemi ilə yaxından tanışdır. Qonaq ölkəmizdə səhiyyənin inkişafı üçün görülən işləri yüksək qiymətləndirdi. Söhbət zamanı Anand Qroverin Azərbaycanda səhiyyə sahəsinin maliyyələşdirilməsi, cəzaçəkmə müəssisələrində səhiyyənin vəziyyəti, vərəmə qarşı dərman preparatları, cinsi və reproduktiv sağlamlıq məsələlərinə dair  sualları cavablandırıldı.
Fikir mübadiləsi zamanı Azərbaycanda müasir tibbi avadanlıqları işlədən mütəxəssislərin sayının artırılmasının və səhiyyənin maliyyələşdirilməsi modelinin dəyişdirilməsinin vacibliyi vurğulandı. Qeyd olundu ki, hazırda Səhiyyə Nazirliyi bu istiqamətlərdə işlər aparır.
Görüşdə Sosial siyasət  komitəsinin sədr müavini Musa Quliyev iştirak edirdi.

Milli Məclisin mətbuat xidməti



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM