11:54 20 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:50 20.10.2021

QARABAĞIN HAVA QAPISI


00:49 20.10.2021

11 ayda 14 səfər


00:10 20.10.2021

20 oktyabr


00:06 20.10.2021

Dördgünlük iş həftəsi


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Milli Məclisdə gender bərabərliyinə dair dinləmə keçirilib
ANA SƏHİFƏ / PARLAMENT
13:01 04.03.2021

 

Martın 4-də Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsində “Gender (kişi və qadın) bərabərliyinin təminatları haqqında” qanunun icra vəziyyəti: imkan və çətinliklər” mövzusunda dinləmə keçirilib. Tədbirdə Milli Məclisin deputatları, dövlət qurumlarının və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, tədbiri açan Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Azərbaycan dövlətinin hadisələrə adekvat reaksiya verdiyini, bütün sahələrdə dövrün reallıqlarını nəzərə almaqla yeni çağırışlar, qərar və qanunlar qəbul etdiyini vurğulayıb. Buna misal olaraq hələ 15 il əvvəl – 2006-cı ildə qəbul olunmuş “Gender (kişi və qadın) bərabərliyinin təminatları haqqında” Qanunun qəbul edilməsindən danışıb. Qeyd edib ki, bu qanun cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmaqla kişi və qadınlara siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrdə bərabər imkanlar təsbit edir, ölkəmizdə gender bərabərliyinin təşviqi sahəsində atılmış mühüm addımdır. Bu qanunu qəbul etməklə Azərbaycan MDB-də və Avropa məkanında bir çox ölkələri qabaqlayıb. Həmçinin gender bərabərliyi haqqında qanun qəbul edildikdən sonra milli qanunvericilik bazası yenidən ekspertizadan keçirilib, bu qanundan irəli gələn zərurətə görə bir çox qanunlara, eləcə də məcəllələrə müvafiq əlavə və dəyişikliklər edilib.

Komitə sədri bildirib ki, lakin zaman keçdikcə yeni tələblər və çağırışlar meydana gəlib, mövcud qanunlara yenidən nəzər salmaq və qanunun tətbiqi təcrübəsində yaranmış boşluqları müəyyənləşdirmək zərurətə çevrilib. Həmçinin 2020-ci ilin dekabrında Milli Məclisdə ilk dəfə olaraq “Gender (kişi və qadın) bərabərliyinin təminatları haqqında” qanuna dair hesabat dinlənilib. Həmin hesabatda qanunun icra mexanizminin təkmilləşdirilməsinə, sənədə bir sıra əlavə və dəyişiklik edilməsinə ehtiyac olduğu üzə çıxıb.

Çıxışının yekununda Hicran Hüseynova qanunla bağlı təkliflərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Sonra tədbirdə geniş məruzə edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova fikirlərini bildirib, “Gender (kişi və qadın) bərabərliyinin təminatları haqqında” Qanunun icrasında mövcud olan imkan və çətinliklər barədə danışıb. Qeyd edib ki, günün tələbləri baxımından bu qanunun yenilənməyə ciddi ehtiyacı var. Ötən 15 ildə beynəlxalq səviyyədə üzərimizə götürdüyümüz öhdəliklər, Azərbaycanın özünün inkişafından doğan məsələlər, bugünkü həyatımızın diktə etdiyi yeni məqamlar ciddi şəkildə nəzərə alınmalıdır. Zamanın və həyatımızda baş verən inkişafın qarşıya qoyduğu yeni tələblərə və çağırışlara cavab verməliyik. Pandemiya və müharibə dövrü bizə gender bərabərliyi sahəsindəki çətinliklərimizin nədən ibarət olduğunu göstərdi.

Bahar Muradova vurğulayıb ki, qanunların icrasına məsul olan bütün qurumların fəaliyyətində, tərtib etdikləri bütün hesabatlarda, apardıqları bütün təhlillərdə gender məsələsinə həssas yanaşma nümayiş etdirilməlidir. Bu, dayanıqlı inkişaf məqsədlərində də nəzərdə tutulub.

Sonra dinləmədə təhsil nazirinin müavini Firudin Qurbanovun “Təhsildə gender bərabərliyinin təmin olunması”, daxili işlər nazirinin müavini İsmət Əliyevin “Hüquq-mühafizə müstəvisində gender bərabərliyinin təmini”, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimovun “Əmək qanunvericiliyi sahəsində gender bərabərliyinin gələcək təminatları” mövzularında məruzələri dinlənilib. Məruzəçilər sözü gedən qanunla bağlı bir sıra təkliflər irəli sürüblər.

Tədbirdə geniş müzakirələr aparılıb. Parlamentin ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva, komitə üzvləri Sevil Mikayılova, Tamam Cəfərova və Könül Nurullayeva, “Təmiz Dünya” Qadınlara Yardim İctimai Birliyinin sədri Mehriban Zeynalova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov rəy və təkliflərini bildiriblər.

Müzakirələri parlamentin komitə sədri Hicran Hüseynova yekunlaşdırıb.

Dinləmədə Milli Məclisin deputatları Rauf Əliyev, Pərvin Kərimzadə, Ramin Məmmədov və Sədaqət Vəliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdirləri Taliyə İbrahimova və Kəmalə Ocaqova, İnsan Alverinə Qarşı Mübarizə Təşkilatı İctimai Birliyinin gender məsələləri üzrə koordinatoru Leyli Bayramova, Sağlam Həyat Naminə İctimai Birliyinin sədri Sədaqət Hüseynova, Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin sədri (Sumqayıt şəhəri) Zemfira Mustafayeva, Əlil Qadınlar Cəmiyyətinin sədri Məhluqə Rəhimova iştirak ediblər.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM