11 Iyun 2013 02:06
409
PARLAMENT
A- A+

Milli Məclisdə Əfqanıstan nümayəndələri ilə görüş keçirilib

 

İyunun 10-da Milli Məclis Sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərovun Əfqanıstan İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Əmirzai Sanginin başçılıq etdiyi nümayəndə heyəti ilə  görüşü olub.

Qonağı salamlayan Ziyafət Əsgərov Azərbaycanla Əfqanıstan arasında sıx əlaqələrin mövcud olduğunu və son dövrlərdə bu əlaqələrin daha da intensivləşdiyini qeyd edib. Bildirib ki, bu cür görüşlər xalqlarımız arasında münasibətlərin inkişafı üçün bir stimuldur və əlaqələrimizin dinamikliyini daha da artırır. Birinci vitse-spiker onu da vurğulayıb ki, Əfqanıstan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdəndir. Sonra hər iki ölkə parlamentlərində mövcud olan dostluq qruplarının uğurlu fəaliyyətindən söhbət açılıb, ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılmasının vacibliyi vurğulanıb. 

Daha sonra Ziyafət Əsgərov təhlükəsizlik və hərbi müdafiə sahəsində qarşılıqlı əlaqələrdən danışıb, Azərbaycan sülhməramlılarının 94 nəfərdən ibarət taqımının hazırda Əfqanıstanda xidmətdə olduğunu diqqətə çatdırıb.

Əfqanıstan İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Əmirzai Sangi səmimi görüş və ətraflı məlumat üçün minnətdarlığını ifadə edib. O, Azərbaycanın Əfqanıstana dost və qardaş ölkə olduğunu, milli-mənəvi dəyərlər, mədəniyyət baxımından xalqlarımız arasında bir çox oxşarlıqların mövcudluğunu bildirib. Qonaq son illərdə Azərbaycana bir neçə dəfə səfər etdiyini və hər dəfə burada daha sürətli inkişafla rastlaşdığını qeyd edib. Nazir Cənubi Qafqazın iqtisadi cəhətdən ən qüdrətli dövləti olan Azərbaycanın Əfqanıstana dəfələrlə qardaş yardımı göstərdiyini diqqətə çatdırıb və buna görə öz ölkəsinin rəhbərliyi adından Azərbaycan Prezidenti İlham Əliyevə dərin təşəkkürünü bildirib.

Görüşdə Azərbaycanın iştirakçısı olduğu qlobal layihələrdən, hər iki ölkənin müdafiə sisteminin gücləndirilməsindən söhbət açılıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi daxil olmaqla, qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

 

Elgün MƏNSİMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video