19:02 18 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Milli Məclisdə bir qrup jurnalist, gənc və yeniyetmə idmançı ilə görüş keçirilib
ANA SƏHİFƏ / PARLAMENT
20:15 19.05.2021

 

Mayın 19-da Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev Vətən müharibəsində arxa cəbhədə fəallığı ilə seçilmiş bir qrup jurnalistlə, həmçinin ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edən gənc və yeniyetmə idmançılarla görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Adil Əliyev Vətən müharibəsindən söhbət açaraq bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın müddət ərzində işğal altında qalmış əzəli və əbədi torpaqlarımızı düşməndən həmişəlik azad edib. Bu, tarixi əhəmiyyət kəsb edən və hər bir azərbaycanlının fəxr etdiyi möhtəşəm Qələbədir.

Milli Məclis sədrinin müavini bu Qələbənin Müzəffər Ali Baş Komandanın siyasi, diplomatik, hərbi sahələrdə atdığı qətiyyətli addımlar sayəsində, habelə hərbi qulluqçularımızın yüksək döyüş hazırlığı və göstərdiyi şücaət nəticəsində qazanıldığını vurğulayıb. Qeyd edib ki, bu Zəfər, eyni zamanda, müasir silahlar və döyüş texnikası ilə təchiz olunmuş Ordumuzun qüdrətinin bariz nümunəsidir.

Söhbət zamanı Adil Əliyev vətənpərvər ruhda böyümüş Azərbaycan gənclərinin həm də idmana olan marağının artmasından danışıb. O, ölkəmizdə bədən tərbiyəsi və idmanın kütləviliyinin təmin edilməsinin əsasının vaxtilə ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu diqqətə çatdırıb. Bu gün də dövlətimizin başçısı İlham Əliyevin idmana və idmançılara xüsusi diqqət və qayğısından bəhs edib.

Milli Məclis sədrinin müavini bildirib ki, idmançılarımız da öz növbələrində üzərilərinə düşən məsuliyyəti anlayaraq, ölkəmizi beynəlxalq yarış meydanlarında layiqincə təmsil edir, qələbə qazanaraq Azərbaycan bayrağını yüksəldirlər.

Adil Əliyev “Galatasaray” Futbol Akademiyasında təhsil alan futbolçumuz Kənan Həsənovu nümunə göstərərək, idmançılarımızın hər zaman dünya klublarında karyeralarını davam etdirməklə yanaşı, ölkəmizə bağlı olduqlarını, milli dəyərlərə daim hörmətlə yanaşdıqlarını, Azərbaycanın layiqli vətəndaşı kimi yetişdiklərini bildirib.

Səmimi görüşə görə təşəkkürlərini bildirən idmançılar bundan sonra da qatıldıqları beynəlxalq yarışlarda zəfər əldə edəcəklərini, eyni zamanda, ölkəmizin haqq səsinin dünyaya çatdırılmasında səylərini əsirgəməyəcəklərini vurğulayıblar.

Sonda görüş iştirakçılarının bir qisminə Milli Məclisin Gənclər və idman komitəsinin Fəxri fərmanı təqdim edilib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM