28 May 2013 04:05
317
PARLAMENT
A- A+

Milli Məclisdə Avropa Şurası ilə Azərbaycanın əlaqələrinin inkişafı müzakirə olunmuşdur

 

Mayın 27-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Jan-Klod Minyon ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, qonağı Azərbaycan parlamentində görməkdən məmnun olduğunu bildirən S.Seyidov AŞ PA kimi nüfuzlu bir beynəlxalq təşkilatın rəhbəri ilə keçirilən görüşün əhəmiyyətli xarakter daşıdığını demişdir.

Qeyd olunmuşdur ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Avropa strukturlarına inteqrasiya prosesi başlamışdır. 2001-ci ildə AŞ-yə üzv olan Azərbaycan bu qurumla səmərəli və konstruktiv əməkdaşlıq edir. Bu gün əlaqələrimiz yüksək səviyyədə inkişaf edir.

Rəhbərlik etdiyi komitə haqqında məlumat verən S.Seyidov demişdir ki, qurumda həm iqtidar, həm müxalifət, həm də müstəqil mövqedən çıxış edən deputatlar fəaliyyət göstərirlər. Azərbaycanın siyasi həyatında fəal rol oynayan bütün siyasi partiyalar parlamentdə təmsil olunurlar.

Azərbaycan AŞ PA ilə əlaqələrinə mühüm əhəmiyyət verir və konstruktiv əməkdaşlığı davam etdirmək niyyətindədir.

Səmimi görüşə və qonaqpərvərliyə görə təşəkkürünü bildirən J.K. Minyon demişdir ki, 47 üzv dövləti  özündə birləşdirən AŞ PA hər bir dövlətlə konstruktiv əməkdaşlıq edir. Bu cür görüşlər və fikir mübadiləsi həmişə yaxşı nəticələr verir . Ona görə də qarşılıqlı səfərlərin və görüşlərin sayını artırmaq lazımdır.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər haqqında fikir mübadiləsi aparılmışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video