22 Noyabr 2013 01:11
757
PARLAMENT
A- A+

Milli Məclisdə almaniyalı deputatla görüş olmuşdur

 

Noyabrın 21-də Milli Məclisin Sədr müavini Valeh Ələsgərov Almaniya Bundestaqının deputatı Bernhard Shlte-Druqqeltenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, qonaqları salamlayan V.Ələsgərov Azərbaycan ilə Almaniya arasındakı əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayaraq qarşılıqlı səfərlər və parlamentlərin sıx əməkdaşlığının münasibətləri yeni inkişaf mərhələsinə çıxardığını diqqətə çatdırmışdır. Bildirilmişdir ki, Almaniya Avropanın ən inkişaf etmiş ölkəsidir və Azərbaycanla münasibətlərinin böyük tarixi vardır.

Azərbaycanın elm və təhsil sahəsində həyata keçirilən islahatlar haqqında qonağa məlumat verən Milli Məclisin Sədr müavini demişdir ki, Prezidentin tapşırığına əsasən,  Təhsil Nazirliyi xüsusi proqram işləyib hazırlamışdır. Həmin proqrama əsasən, hər il minə yaxın gənc dövlət hesabına dünyanın, Avropanın, o cümlədən Almaniyanın ən qabaqcıl ali məktəblərində təhsil alırlar.      

Bernhard Shlte-Druqqelten görüşə görə təşəkkür edərək  məlumat vermişdir ki, Almaniya Bundestaqının maliyyə dəstəyi ilə Beynəlxalq Parlamentlər Təqaüdü proqramı həyata keçirilir. Proqrama əsasən, 30 ölkədən 100-dən çox alman dilini bilən gənc 6 ay müddətinə Almaniyada qalaraq ölkənin dövlət quruluşu, siyasi partiyaları ilə tanış olacaq, elmi biliklər əldə edəcəklər.

Qeyd olunmuşdur ki, proqrama uyğun olaraq Azərbaycandan 5 nəfər gənc seçilərək Almaniyaya göndəriləcəkdir.

Bakıda bir sıra ali təhsil müəssisələrində tələbələrlə görüşlər keçirdiyini deyən almaniyalı deputat bildirmişdir ki, azərbaycanlı gənclər savadlı və vətənpərvərdirlər.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında  fikir mübadiləsi aparılmışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video