02 Iyun 2013 04:06
432
PARLAMENT
A- A+

Milli Məclis Sədrinin başçılıq etdiyi parlament nümayəndə heyəti Belçikaya səfərə hazırlaşır

 

Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti iyunun 3-də Belçika Krallığının paytaxtı Brüsselə rəsmi səfər edəcəkdir.

Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Nəsirov  AzərTAc-a bildirmişdir ki, səfər zamanı nümayəndə heyətinin üzvləri Belçika parlamentinin nümayəndələr palatasının sədri Andre Fiao, Belçika-Azərbaycan parlamentlərarası işçi qrupunun rəhbəri Filip Blanşar ilə görüşlər keçirəcək, qanunverici orqanlar arasında əlaqələrin perspektivləri, qanun yaradıcılığı sahəsində təcrübə mübadiləsi ilə bağlı müzakirələr  aparacaqlar.

Səfər çərçivəsində O. Əsədovun Avropa Parlamentinin (AP) prezidenti Martin Şults,  AP-nın xarici əlaqələr komitəsinin sədri Elmar Brok ilə görüşləri nəzərdə tutulur.

Nümayəndə heyətinin Avropa İttifaqının (Aİ) prezidenti Herman Van Rompuy, Avropa Komissiyasının genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle ilə də görüşləri planlaşdırılır.

Görüşlərdə Azərbaycanın Avropa strukturlarına inteqrasiyası, Aİ və onun parlamenti ilə ikitərəfli əlaqələrin inkişafı, tərəfləri maraqlandıran digər məsələlər ətrafında müzakirələr aparılacaqdır.

Səfər iyunun 6-dək davam edəcəkdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video