00:37 12 May 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Milli Məclis komitələrinin birgə iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun məruzəsi müzakirə olunub
ANA SƏHİFƏ / PARLAMENT
19:50 20.04.2021

 

Aprelin 20-də Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli iştirak edib.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc tədbiri açaraq bildirib ki, iclasda İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatı müzakirə ediləcək.

Komitə sədri diqqətə çatdırıb ki, Azərbaycanın bu sahə ilə bağlı fəaliyyət mexanizmlərinin formalaşması 2003-cü ildə ölkəmizin BMT-nin müvafiq “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyası”nı ratifikasiya etməsindən sonra başlayıb. Bundan sonra Azərbaycanda insan alverinə qarşı mübarizə üçün müvafiq qanunvericilik bazası formalaşdırılıb, Daxili İşlər Nazirliyində Baş İdarə yaradılıb, daxili işlər nazirinin birinci müavini səviyyəsində Milli Koordinator müəyyənləşdirilib. Bununla bağlı 3 fəaliyyət planı artıq başa çatıb, hazırda 4-cü fəaliyyət planı qəbul olunub və icra edilir.

Sonra İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatını təqdim edən DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi rəisinin müavini Samir Zeynalov insan alveri ilə mübarizə sahəsində qanunvericilik tədbirləri, profilaktika və maarifləndirmə işləri, təlim və treninqlər, beynəlxalq əməkdaşlıq, məcburi əməyin qarşısının alınması sahəsində tədbirlər, cinayət təqibi və qurbanlarla iş barədə ətraflı məlumat verib , insan alveri ilə mübarizənin nəticələrinə dair statistik göstəriciləri diqqətə çatdırıb.

Bildirilib ki, 2020-ci ildə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 16 cinayət işi üzrə 155 insan alveri faktı, 2 cinayət işi üzrə 5 məcburi əmək və 40 insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərə dair cinayət faktları müəyyən edilib. Ümumilikdə, insan alveri üzrə cinayətlərin açılması 98 faiz, məcburi əmək cinayətlərinin açılması isə 100 faizi təşkil edib. İnsan alveri cinayətləri törətdiklərinə görə 17-si qadın, 3-ü kişi olmaqla, 20 şəxs məhkəmə məsuliyyətinə verilib. Məhkəmələr tərəfindən ittiham hökmü çıxarılmış 15 nəfərdən 12-si azadlıqdan məhrumetmə cəzasına məhkum olunub, 2 nəfər şərti məhkum edilib, 1 nəfərin cəzası isə uşağı 14 yaşına çatanadək təxirə salınıb.

Ümumilikdə, 2020-ci ildə müəyyən olunmuş 94 insan alveri qurbanından 91-nə müvafiq köməkliklər göstərilib, maddi yardımlar edilib. Qurbanların uşaqları da diqqət mərkəzində saxlanılıb.

İclasda çıxış edən Milli Məclisin deputatları Razi Nurullayev, Hikmət Məmmədov, Tahir Kərimli, Elşad Mirbəşir oğlu, Vüqar İskəndərov, Əminə Ağazadə, Fazil Mustafa, Fəzail Ağamalı, Jalə Əhmədova, Bəhruz Məhərrəmov, Konstitusiya Araşdırmaları Fondunun Prezidenti Əliməmməd Nuriyev, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun ötən ildəki fəaliyyətini yüksək qiymətləndiriblər, qeyd və təkliflərini bildiriblər.

Sonra İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatı Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.

İclasda Milli Məclisin deputatı Elşən Musayev və digər rəsmi şəxslər də iştirak ediblər.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM