08 Iyun 2012 01:06
454
PARLAMENT
A- A+

Milli Məclis «Həmkarlar ittifaqları haqqında» qanuna dəyişiklik edəcək

 

İyunun 7-də Milli Məclisin Sosial siyasət və İnsan hüquqları komitələrinin birgə iclası keçirilib. İclasda "Həmkarlar ittifaqları haqqında" qanunda dəyişikliklər edilməsi barədə" qanun layihəsi müzakirəyə çıxarılıb.
Parlamentin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, qanuna edilən dəyişiklik məzmunca qısa olsa da, mahiyyət etibarı ilə çox əhəmiyyətlidir. Qanuna təklif olunan dəyişikliyə görə, mülkiyyət formasından asılı olmayaraq, işəgötürən işçilərin əməkhaqlarından həmkarlar ittifaqına üzvlük haqlarının mühasibatlıq vasitəsilə tutulmasını təmin etməli və dörd iş günü müddətində həmin idarə, müəssisə və təşkilatın həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına köçürməlidir.
Hadi Rəcəblinin sözlərinə görə, bu dəyişiklik həmkarlar ittifaqlarının maliyyə imkanlarını, eləcə də  idarə və müəssisələrin, insanların bu quruma inamını daha da artıracaq.
Hər iki komitənin üzvlərinin müsbət qiymətləndirdiyi bu dəyişiklik təsdiqlənməsi üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video