31 Yanvar 2014 02:01
625
PARLAMENT
A- A+

Milli Azlıqların Problemləri üzrə Avropa Mərkəzinin nümayəndələri Azərbaycanda mətbuat azadlığı haqqında məlumatlandırılmışlar

 

Milli Azlıqların Problemləri üzrə Avropa Mərkəzinin nümayəndə heyəti yanvarın 30-da Azərbaycan Mətbuat Şurasında olmuşdur. Bu barədə Şuradan AzərTAc-a məlumat verilmişdir.

Mətbuat Şurasının sədri Əflatun Amaşov rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında nümayəndə heyətinə məlumat vermişdir. Şuraya daxil olan şikayətlər barədə danışan sədr demişdir ki, narazılıq yaradan media materiallarında kimlərəsə qarşı milli ayrı-seçkiliyin edilməsi faktları demək olar ki, qeydə alınmır.

MŞ-nin sədri Azərbaycanda müxtəlif xalqların nümayəndələrinin sülh şəraitində yaşadıqlarını, onların öz ana dillərində kütləvi informasiya vasitələri təsis etmələri üçün hər cür şəraitin olduğunu söyləmişdir.

Milli Azlıqların Problemləri üzrə Avropa Mərkəzinin baş tədqiqat əlaqələndiricisi Zora Papova təmsil etdiyi qurumun fəaliyyəti və beynəlxalq əlaqələri haqqında danışmışdır. Bildirilmişdir ki, ATƏT, Avropa İttifaqı və Avropa Şurası ilə sıx əməkdaşlıq edən mərkəz əsasən münaqişələrin aradan qaldırılması, təlimlərin keçirilməsi və müxtəlif tədqiqatların aparılması üzrə ixtisaslaşmışdır. Həmçinin təşkilatın media qurumları ilə əlaqələrinin müxtəlif istiqamətlərinə dair məlumat verilmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video