07 Iyul 2021 00:19
624
ELANLAR
A- A+

M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası 2021-ci il üçün açıq tender elan edir

 

LOT 1- “Cari təmir” işlərinin satın alınması. 

Tenderdə iştirak etmək üçün iddiaçılar 500 (beş yüz) manat məbləğində iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin Əsas şərtlər toplusunu dövlət satınalmaların vahid  internet  Portalından  əldə edə bilərlər. Əlaqələndirici şəxs: Nəsrullayeva Rübabə Sultəli qızı. Əlaqə telefonu: 012 493-51-24.

İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər:

Dövlət Xəzinədarlıq Agentliyi

VÖEN: 1401555071

Kod: 210005

Büdcə səviyyə kodu:  7

Büdcə təsnifatın kodu: 142333

M/Hesab:  AZ41NABZ01360100000000003944

SWIFT: CTREAZ22

AXUNDOV ADINA MİLLİ KİTABXANA

VÖEN: 1700241041

Hesab:  AZ27CTRE00000000000005468301

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Tender iştirakçıları öz tender təkliflərini “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq möhürlənmiş, imzalanmış şəkildə Portal vasitəsilə təqdim etməlidirlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: yüksək keyfiyyət, aşağı qiymət, analoji işlərdə təcrübə, müqavilənin vaxtında icrası, maliyyə vəziyyəti.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- iddiaçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- işləri yerinə yetirmək üçün potensial imkanları haqqında məlumat;

- tender təklifinin təminatı (zərflərin açıldığı gündən 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifı qiymətinin 1 faizi həcmində bank zəmanəti (zərflərin açıldığı gündən 60 bank günü qüvvədə olmalıdır).

 

İddiaçılar tenderlə bağlı sualları Portal vasitəsilə  satınalan təşkilata  ünvanlaya bilərlər. Tender proseduru “Dövlət  satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

Tenderin  başlama  tarixi 06.07.2021-ci il.

İddiaçılar  tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə  dair sənədləri 29.07.2021-ci il saat 10:00-a qədər və tender təklifi ilə bank təminatı sənədlərini 06.08.2021-ci il saat 10:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər.

İddiaçıların təklifləri 09.08.2021-ci il saat 10:00-da açılacaqdır.

İddiaçılar açılışın  nəticələləri ilə Portal vasitəsilə tanış ola bilərlər.

 

Tender komissiyası

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video