02:26 17 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:47 17.09.2021

SADƏ, amma QƏTİ


00:42 17.09.2021

Onun adı Nuru paşaydı...


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Məşhur və yaddaqalan fotolar

ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
00:11 17.07.2021

 

Fotoaparatlar yalnız tarixi əbədiləşdirmək üçün deyil, həm də dəyişdirməyə kömək edən vacib bir vasitədir.

Stenli Forman “Boston Herald” qəzetində çalışan tanınmış fotoqraf idi. 1975-ci ildə Boston şəhərinin mərkəzində yerləşən binaların birində yanğın başladığını eşidərək təcili oraya gedir. Hadisə yerinə çatanda yanğın nərdivanından düşən ana ilə övladını görür və onların fotoşəklini çəkir. Əslində, bu, bir xilasolma fotosu olmalı idi. Qəfildən vəziyyət dəyişir, nərdivan alov və partlayışın təsirindən qırılır. Hər ikisinin cansız bədəni fotoqrafın qarşısına düşür. Bu məşhur fotoşəkil “Yanğın nərdivanından yıxılan qadın” adlandırılaraq mükafata layiq görülür.

Bəzən isə foto onu çəkəni ictimai qınağa məruz qoyur. Məsələn, Cənubi Afrikadan olan fotomüxbir Kevin Karter 1993-cü ildə Sudana gedir. Burada ona mükafat gətirən “Ac uşaq və leşyeyən” adlı fotosunu çəkir. Fotoda aclıqdan əziyyət çəkən 2-3 yaşlarında uşaq və onun ölümünü gözləyən ac yırtıcı quş təsvir olunur. “New York Times” qəzetində dərc olunan fotoşəkil yaratdığı səs-küylə birlikdə fotoqrafa ictimai qınaq da gətirir. Buna səbəb Kevin Karterin uşağa kömək etmək əvəzinə, foto çəkməsi idi. Bu təzyiqlərə tab gətirməyən fotoqraf mükafatı aldıqdan 3 ay sonra 33 yaşında intihar edir.

ABŞ fotoqrafı Ceyms Naçvey uzun illər Livan, Qəzzə, İsrail, Somali, Sudan Çeçenistan kimi riskli bölgələrdə çalışıb. 1992-ci ildə Somalidə baş verən hadisələri çəkmək üçün fotomüxbir ora getməyə qərar verib. Qırmızı Xaç tərəfindən  dəstəklənən Ceyms Naçvey əlil arabasında qidalanma mərkəzinə aparılan, demək olar ki, aclıq, səfalət çəkən, yalnız sümükdən ibarət olan qadının şəklini çəkir. Görənləri dəhşətə gətirən bu fotoşəkil uzun müddət yaddaşlardan silinmir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM