02 May 2021 00:23
875
Səhiyyə
A- A+

Məşhur cərrah SABUNÇUOĞLU ŞƏRƏFƏDDİN

 

Osmanlı tibbi elmi cəhətdən Sultan Mehmet Fatehin dövründə xüsusilə inkişaf etmiş, məşhur həkimlər də həmin dövrdə yaşamışdır. O zaman Osmanlı tibb tarixinə adını qızıl hərflərlə yazdıran həkimlərdən biri də Sabunçuoğlu Şərəfəddin olmuşdu.

Amasiyada doğulan Şərəfəddinin babası Sabunçuoğlu Hacı İlyas Çələbi və atası Əli Çələbi də həkim idi və illərlə baş həkim olaraq çalışmışdılar. Amasiya Darüşşəfasında 11 illik təhsildən sonra 17 yaşında həkimliyə başlayan Şərəfəddin həm xəstələrin müalicəsi ilə maraqlanır, həm də tibbi biliyini artırmaq üçün oxumağa, araşdırmağa davam edirdi.

Amasiyada o dövrdə tez-tez ilan zəhərlənməsi baş verirdi və bunun müalicəsi üçün dərmanı da Sabunçuoğlu hazırlamışdı. Deyilənlərə görə, o, zərdab üzərində çalışarkən onu əvvəlcə toyuq və xoruzlar üstündə sınaqdan keçirmişdir. Nəticəsi yaxşı olduqdan sonra isə öz üzərində sınaqdan keçirməyə qərar vermişdir. Bunun üçün çox zəhərli bir ilan gətizdirmiş və sol əlinin baş barmağını dişlətmişdir. Özünü zəhərlədikdən sonra isə zərdabı özünə vurmuşdur. Və nəticədə nə barmağı şişmiş, nə də zəhərlənmişdir.

Şərəfəddin həkim müalicə zamanı musiqi alətlərindən də istifadə edib, musiqinin psixoloji narahatlıqlar üzərindəki müalicəedici təsirini pasiyentlərinə ustalıqla tətbiq edib.

Həmin dövrdə Sabunçuoğlunu digər həkimlərdən fərqləndirən əsas xüsusiyyəti isə cərrahlıqla maraqlanması idi. O dövrdə həkimlər cərrahlığa o qədər də maraq göstərmirdilər. Səbəbi isə cərrahi müdaxilədə həyati təhlükənin çox yüksək olması idi. Əməliyyatları asanlaşdıracaq tibbi alətlər, texniki vasitələr də çox az idi. Sabunçuoğlu isə cərrahi vasitələrin çoxunu əvvəlcə heyvanlar üzərində təcrübədən keçirir və uğurlu nəticəni görəndən sonra insanlara tətbiq edirdi. O, cərrahi əməliyyatlarının bəzilərində öz düzəltdiyi yüzdən çox tibbi alətdən istifadə edirdi. Və həmin alətləri və əməliyyat anlarını gələcək nəsillərə ötürmək üçün kitablarında rəngli illüstrasiyalar çəkdirirdi.

Sabunçuoğlunun tərcümə etdiyi və yazdığı cərrahi müdaxilələrdən, qadın xəstəliklərindən tutmuş intoksikasiya müalicəsi üsullarına, qırıq və çıxıq müalicələrinə qədər bir çox mövzuda illüstrasiyalı hekayələrlə zənginləşdirilmiş və misilsiz bir qaynağa çevrilmiş 3 kitabı var: “Cerrahiyyetü'l Haniyye”, “Akrabadin Tərcüməsi”, “Müccerrebnamə”.

Sabuncuoğlunun 85 yaşındaykən hazırladığı “Mücerrebnamə” əsəri isə türk təbabəti tarixində bir həkim tərəfindən yazılmış, eyni zamanda həkimin ixtira etdiyi dərmanların təsvir edildiyi və müalicə üsullarından bəhs olunan ilk monoqrafiyadır .

Amasiyada Sabunçuoğlu Şərəfəddinin həkim işlədiyi “Bimarhane”, indi “Sabunçuoğlu Tibb və Cərrahiyyə Tarixi muzeyi” kimi fəaliyyət göstərir və burada qədim tibbə aid çox dəyərli eksponatlar sərgilənir.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video