23 Sentyabr 2020 01:28
1196
Qanunlar
A- A+

“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə


Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq qərara alır:

"Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 8, maddə 1669; 2019, № 1, maddə 35, № 3, maddə 381, № 12, maddə 1892; 2020, № 1, maddə 1, № 5, maddə 521; Azərbaycan Respublikasının 2020-ci il 19 may tarixli

113-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci maddə üzrə:

1.1. 1.1.1-ci maddəyə "genişləndirilməsi,” sözündən sonra "işaxtarışına və özünüməşğulluğuna kömək göstərilməsi,” sözləri əlavə edilsin;

1.2. 1.1.3-cü və 1.1.4-cü maddələrə "sənəd” sözündən əvvəl "elektron” sözü əlavə edilsin;

1.3. 1.1.5-ci maddədə "işsiz şəxslərin müvəqqəti məşğulluğunu təmin etmək” sözləri "müvəqqəti məşğulluğun təmin edilməsi” sözləri ilə əvəz edilsin;

1.4. 1.1.7-ci maddəyə "iş üçün” sözlərindən sonra "və bu Qanunda nəzərdə tutulmuş hallarda aktiv məşğulluq tədbirləri ilə bağlı” sözləri əlavə edilsin;

1.5. 1.1.17-ci maddədə "yenidən hazırlıq, ixtisasartırma istiqamətlərində təhsil” sözləri "bu Qanunun tələbləri nəzərə alınmaqla, "Təhsil haqqında” və "Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq peşə təhsili” sözləri ilə əvəz edilsin.

2. 4-cü maddə üzrə:

2.1. 4.4.1-ci, 4.4.2-ci, 4.4.3-cü və 4.4.4-cü maddələr aşağıdakı redaksiyada verilsin:

"4.4.1. bu Qanunun 4.1.1-ci maddəsində göstərilən məşğul şəxslərə münasibətdə:

4.4.1.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq işəgötürənlə əmək müqaviləsi (kontrakt) bağlamış şəxslər (bu Qanunun 4.4.1.2-ci maddəsində göstərilən şəxslər istisna olmaqla) barədə - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) apardığı elektron informasiya sisteminin məlumatları əsasında;

4.4.1.2. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsinə əsasən siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) məşğul şəxslər barədə - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məcburi dövlət sosial sığorta haqları üzrə sığortaedən tərəfindən təqdim edilmiş hesabat məlumatlarına uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) apardığı elektron informasiya sisteminin məlumatları əsasında;

4.4.2. bu Qanunun 4.1.3-cü maddəsində göstərilən sahibkarlar, 4.1.2-ci, 4.1.4-cü, 4.1.5-ci və 4.1.7-ci maddələrində göstərilən məşğul şəxslər barədə - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məcburi dövlət sosial sığorta haqları üzrə sığortaedən tərəfindən təqdim edilmiş hesabat məlumatlarına uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) apardığı elektron informasiya sisteminin məlumatları əsasında;

4.4.3. bu Qanunun 4.1.3-cü maddəsində göstərilən ailə kəndli təsərrüfatının üzvləri barədə - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məcburi dövlət sosial sığorta haqları üzrə sığortaedən tərəfindən təqdim edilmiş hesabat məlumatlarına uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) apardığı elektron informasiya sisteminin məlumatları və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) apardığı "Elektron kənd təsərrüfatı” informasiya sisteminə yerli özünüidarəetmə orqanlarının ailə kəndli təsərrüfatı üzvləri barədə daxil etdiyi məlumatlar əsasında;

4.4.4. bu Qanunun 4.1.3-cü maddəsində göstərilən mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olan məşğul şəxslər barədə - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) apardığı elektron informasiya sisteminin daşınmaz əmlakın qeydiyyatına dair və məcburi dövlət sosial sığorta haqları üzrə sığortaedən tərəfindən təqdim edilmiş hesabat məlumatları və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) apardığı "Elektron kənd təsərrüfatı” informasiya sisteminin məlumatları əsasında;”;

2.2. 4.4.5-ci, 4.4.6-cı, 4.4.7-ci, 4.4.9-cu, 4.5-ci və 4.6-cı maddələr ləğv edilsin;

2.3. 4.4.8-ci maddədə "orqan (qurum) tərəfindən yaradılan qurumun” sözləri "orqanın (qurumun)” sözləri ilə əvəz edilsin;

2.4. 4.4.10-cu maddədən "məlumatları əldə etdikləri tarixdən ən geci 1 (bir) ay müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) kağız daşıyıcılarda təqdim etdikləri” sözləri çıxarılsın;

2.5. 4.7-ci maddə aşağıdakı redaksiyada verilsin:

"4.7. Bu Qanunun 4.4.10-cu maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun 4.1.8-ci maddəsində nəzərdə tutulmuş məşğul şəxslərə dair məlumatları əldə edildiyi gündən ən geci 1 (bir) ay müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) elektron formada təqdim etməlidir.”;

2.6. 4.8-ci maddədə "4.4.3-cü, 4.4.8-ci və 4.4.9-cu” sözləri "4.4.2-ci, 4.4.3-cü, 4.4.4-cü və 4.4.8-ci” sözləri ilə əvəz edilsin;

2.7. 4.9-cu maddədə "4.6-4.8-ci” sözləri "4.7-ci və 4.8-ci” sözləri ilə əvəz edilsin və həmin maddədən ", habelə mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olan şəxslər” sözləri çıxarılsın.

3. 5-ci maddə üzrə:

3.1. 5.4-cü maddədə ikinci halda "elektron” sözü "avtomatlaşdırılmış” sözü ilə əvəz edilsin;

3.2. 5.9.4-cü və 5.11.5-ci maddələrə "ərizə” sözündən əvvəl "elektron” sözü əlavə edilsin;

3.3. aşağıdakı məzmunda 5.10-1-ci maddə əlavə edilsin:

"5.10-1. Bu Qanunun 5.8-ci və 5.10-cu maddələrinə əsasən işaxtaran və ya işsiz kimi qeydiyyatdan müvəqqəti çıxarılmış şəxslərin qeydiyyatı onların elektron müraciəti əsasında həmin maddələrdə nəzərdə tutulan müddətlər bitdiyi halda, müraciət edildiyi gündən sonrakı ayın 1-dən bərpa edilir.”;

3.4. 5.11.6-cı və 5.12.3-cü maddələrdən "ali və orta ixtisas” sözləri çıxarılsın;

3.5. 5.12.5-ci maddəyə "hallar” sözündən əvvəl ", habelə işsiz və işaxtaran şəxslərin haqqı ödənilən ictimai işlər ilə bağlı əmək münasibətlərinə xitam verildiyi” sözləri əlavə edilsin.

4. 6-cı maddə üzrə:

4.1. 6.2-ci maddəyə "uzaqlığı” sözündən sonra "ilə bağlı şərtlər” sözləri əlavə edilsin;

4.2. 6.4.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

"6.4.2. peşə hazırlığından imtina edənlər;”.

5. 10.2.2-ci maddədən "peşəyönümünə və” sözləri çıxarılsın.

6. 11.4-cü maddədə "göndərilmiş” sözü "göndəriş verilmiş” sözləri ilə əvəz edilsin.

7. 18.7-ci maddədə "orqana (quruma) təqdim” sözləri "orqanın (qurumun) elektron informasiya sisteminə daxil” sözləri ilə əvəz edilsin.

8. 20.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

"20.2. İşsiz şəxslərin, habelə il ərzində müvafiq inzibati ərazi vahidi üzrə peşə hazırlığına cəlb olunan işsiz şəxslərin 20 faizindən çox olmamaq şərtilə işaxtaran şəxslərin peşə hazırlığı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ödənişsiz təşkil olunur.”.

9. Aşağıdakı məzmunda 20.2-1-ci və 20.5-ci maddələr əlavə edilsin:

"20.2-1. Bu Qanunun 20.2-ci maddəsi nəzərə alınmaqla, işaxtaran şəxslər peşə hazırlığına ödənişli əsaslarla cəlb olunurlar.”;

"20.5. "Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 24.2-ci maddəsinə və "Peşə təhsili haqqında” Azərbaycan Respublikası Qanununun 9.9-cu maddəsinə uyğun olaraq, peşə hazırlığı işaxtaran və işsiz şəxslərin əlavə təhsili, o cümlədən peşənin öyrənilməsi, ixtisasın artırılması, yenidən hazırlıq, yaşlıların təhsili və digər təhsil istiqamətləri üzrə müvafiq kurslarda altı ayadək müddətdə həyata keçirilir.”.

10. 21-ci maddə üzrə:

10.1. 21.1-ci maddəyə "işsiz” sözündən sonra ", habelə il ərzində müvafiq inzibati ərazi vahidi üzrə haqqı ödənilən ictimai işlərə cəlb olunan işsiz şəxslərin 20 faizindən çox olmamaq şərtilə işaxtaran” sözləri əlavə edilsin;

10.2. 21.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

"21.3. Haqqı ödənilən ictimai işlərə cəlb olunan işsiz və işaxtaran şəxslərin əməyinin ödənişi Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq həyata keçirilir.”;

10.3. 21.4-cü maddəyə "sığorta vəsaiti” sözlərindən sonra

", habelə qanunla qadağan edilməyən digər mənbələr” sözləri əlavə edilsin.

11. 22.1-ci maddəyə "şagirdlərinin” sözündən sonra ", habelə onların valideynlərinin” sözləri əlavə edilsin.

12. 23.1-ci maddəyə "əmək birjaları” sözlərindən əvvəl "elektron” sözü əlavə edilsin.

13. 24-cü maddə üzrə:

13.1. 24.1.3-cü maddəyə "hazırlanmasında yardım edilməsi” sözlərindən sonra ", o cümlədən təlimlərin keçirilməsi və onların nəticələrinin qiymətləndirilməsi” sözləri əlavə edilsin;

13.2. 24.1.4-cü maddədə "2 (iki)” sözləri "1 (bir)” sözləri ilə əvəz edilsin;

13.3. 24.2-ci maddəyə "monitorinqini” sözündən sonra "(o cümlədən elektron monitorinqini)” sözləri və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Özünüməşğulluğa cəlb olunmuş şəxs müqavilə müddətində fəaliyyəti ilə bağlı, o cümlədən ona verilmiş əmlaka dair məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə daxil etməlidir.”.

14. 25.2-ci maddədən ", lakin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən minimum aylıq əməkhaqqından az” sözləri çıxarılsın.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 avqust 2020-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video