27 Avqust 2011 07:08
409
MSK
A- A+

Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir

 

Avqustun 26-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilmişdir.

MSK-nın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, M.Pənahov gündəlikdə duran məsələlər barədə komissiya üzvlərinə məlumat vermişdir.

Əvvəlcə Mərkəzi Seçki Komissiyasının 2011-ci il 23 avqust tarixli iclasının protokolu təsdiq edilmişdir.

Sonra gündəlikdəki ikinci məsələyə - MSK-ya daxil olmuş bəzi müraciətlərə baxılmışdır. Müraciətlərin araşdırılması üzrə komissiya üzvlərinin məlumatları dinlənildikdən sonra bildirilmişdir ki, 109 saylı Balakən və 94 saylı Bərdə kənd seçki dairələri dairə seçki komissiyalarının müvafiq qərarlarının qəbulu zamanı prosedur qaydalarına əməl edilməmiş və bu səbəbdən ləğv olunmalıdır. 100 saylı Şəmkir-Daşkəsən və 101 saylı Göygöl-Daşkəsən seçki dairələri dairə seçki komissiyalarının müvafiq qərarları ilə bağlı hissədə isə heç bir qanun pozuntusunun olmadığı bildirilmişdir.

Gündəliyin sonuncu, üçüncü məsələsinin müzakirəsindən sonra komissiya üzvləri MSK-nın 5 saylı Şahbuz-Babək seçki dairəsi dairə seçki komissiyasının tərkibində dəyişiklik edilməsi barədə qərar qəbul etmişlər. 

İclasda kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video