Mərkəzi Seçki Komissiyası treynerler üçün treninqlərə başlamışdır
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası (MSK) bəzi bələdiyyələrə keçiriləcək təkrar, əlavə və yeni seçkilərə hazırlıqla bağlı noyabrın 11-də treynerler üçün treninqlərə başlamışdır.
MSK-nın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, tədbiri açan komissiyanın sədr müavini Natiq Məmmədov qeyd etmişdir ki, qurum tərəfindən aşağı seçki komissiyalarının üzvlərinin maarifləndirilməsi artıq ənənə halını almışdır. Bu treninqlər də əvvəlki maarifləndirici tədbirlər kimi çox əhəmiyyətlidir və məntəqə seçki komissiyalarının üzvlərinə təlim keçəcək treynerlərin peşəkarlıq səviyyəsinin artırılmasına xidmət edir. Səsvermə günü məntəqə seçki komissiyaları üzvlərinin qanunauyğun fəaliyyət göstərməsində, normal səsvermə mühitinin yaradılmasında, vətəndaşların seçki hüquqlarının reallaşdırılmasında sizin keçəcəyiniz treninqlərin çox böyük rolu vardır. Məntəqə seçki komissiyaları üzvlərinin peşə hazırlığı səviyyəsi bu tədbirdə treninq keçəcək treynerlərin peşəkarlığından asılı olacaqdır.
MSK Katibliyinin müdiri Rövzət Qasımov da çıxışında bildirmişdir ki, treynerlər üçün treninqlər Komissiyanın həyata keçirdiyi genişmiqyaslı maarifləndirmə proqramının tərkib hissəsidir. O, treninqlərin vacibliyindən danışaraq vurğulamışdır ki, komissiya üzvlərinin praktik hazırlığı onların nəzəri biliklərə malik olmaları qədər əhəmiyyətlidir.
Sonra MSK-nın treninq qrupunun treynerləri seçki günü icra olunan müxtəlif prosedurlarla bağlı məşğələlər keçmişlər.
Treninqlərdə seçkilər təyin olunmuş seçki dairələrinin dairə seçki komissiyalarında fəaliyyət göstərən treynerlər iştirak edirlər. Treninqlər iki gün davam edəcəkdir.
AzərTAc
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Mehmet Süreyya Er: Türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq zamanın tələbidir ...
25 Aprel
Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar YENİLƏNƏCƏK ...
25 Aprel
Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclası Türkiyədə keçi...
25 Aprel
Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb ...
25 Aprel
Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb
25 Aprel
Qırğız parlamentarisi: Türk dövlətləri arasında əlaqələr intensivləşir
25 Aprel
İİTKM-də türk dünyasının iqtisadi potensialının araşdırılması barədə özbək nümayəndə heyəti məlumatl...
25 Aprel
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar YENİLƏNƏCƏK ...
25 Aprel
Nazir: Bu ildən Azərbaycan qazının Macarıstana tam təchizatına başlanılıb
25 Aprel
Azərbaycan üzgüçüsünün “Paris-2024”də iştirakı üçün Beynəlxalq Paralimpiya Komitəsinə müraciət olunu...
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!