20 Fevral 2014 03:02
392
PARLAMENT
A- A+

Mərakeş və Azərbaycan eyni prinsipləri və dəyərləri bölüşür

 

Fevralın 19-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri Azərbaycanda səfərdə olan Mərakeş Krallığı Parlamentinin Nümayəndələr Palatasının nümayəndə heyəti ilə görüşüblər. Görüşdə Azərbaycan-Mərakeş arasındakı dostluq münasibətləri və ölkələrarası əlaqələrin inkişaf tendensiyası barədə fikir mübadiləsi aparılıb.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov qeyd edib ki, iki ölkə arasında dərin dostluq münasibətləri mövcuddur. Çünki ölkələrimiz bir-birinin problemini başa düşür və beynəlxalq təşkilatlar qarşısında eyni mövqedən çıxış edirlər. S.Seyidov bildirib ki, Mərakeş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi çərçivəsində Azərbaycanın haqq səsini birmənalı şəkildə dəstəkləyir. Onun sözlərinə görə, hər iki ölkənin həm tarixində, həm də mədəniyyətində oxşarlıqlar çoxdur: "Bu gün  Azərbaycan və Mərakeş Avropaya inteqrasiya yolundadırlar, Avropanın dəyərlərini özünəməxsus formada mənimsəməkdədirlər. Getdikcə əlaqələrimiz və birgə fəaliyyətimiz daha da genişlənir. Biz istər siyasi, iqtisadi, istərsə də mədəniyyət və turizm sahələrində əməkdaşlığı genişləndirməkdə israrlıyıq. Bunun üçün hər iki ölkənin böyük potensialı var. İnanırıq ki, sizin Azərbaycana səfəriniz iki ölkə arasındakı münasibətlərə öz müsbət töhfəsini verəcək".

Mərakeş Parlamentinin Nümayəndələr Palatasının Xarici əlaqələr, Milli müdafiə, İslam məsələləri və Xaricdə yaşayan mərakeşlilərlə iş üzrə komitəsinin sədri Ali Kəbiri Azərbaycana səfərdən məmnun olduqlarını bildirib. Vurğulayıb ki, ölkələrarası  əlaqələrin yüksək səviyyədə olması üçün ortada siyasi iradə olmalıdır və hər iki ölkə bu iradəyə malikdir. Ona görə də bütün sahələrdə çox asanlıqla əməkdaşlıq etməyə imkan olduğunu bildirən A.Kəbiri Azərbaycanla beynəlxalq səviyyədə olan əməkdaşlığı yüksək qiymətləndirib. Deyib ki, hər iki ölkə eyni prinsipləri, eyni dəyərləri bölüşür.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunan qonaq bildirib ki, ölkəsi heç vaxt hər hansı bir dövlətin separatizmin qurbanı olmasını qəbul edə bilməz.

Sonda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.

 

Elgün MƏNSİMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video