31 Yanvar 2012 12:01
321
İQTİSADİYYAT
A- A+

Məqsəd yüksək ixtisaslı kadrlar hazırlamaqdır

 

ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyi respublikanın müxtəlif təhsil ocaqları ilə əlaqə saxlayır, gənc kadrların kimya müəssisələrində təcrübə keçməsi üçün lazım olan bütün şəraiti yaradır.

Qafqaz Universitetinin texniki və iqtisadiyyat fakültələri tələbələrinin "Universitet - müəssisə" sistemi üzrə təhsil illərindən başlayaraq istehsalata alışmaları, nəzəri biliklərini praktikada daha da zənginləşdirmələri üçün "açıq qapı" yaradılması istiqamətində işlər aparılır. Birliyin rəhbərliyi Qafqaz Universiteti ilə qarşılıqlı əlaqələri daha da gücləndirmək, tələbələrin "Azərikimya"da öz intellektual potensiallarını tətbiq etməklə kimyaçılar kollektivinə qaynayıb-qarışması məqsədilə bu günlərdə daha bir maraqlı ideya irəli sürmüşdür. "Azərikimya"nın saytının həm məzmun, həm də forma baxımından təkmilləşdirilərək daha müasir olmasında gələcək kimyaçıların texniki yaradıcılıq potensialından istifadə etmək qərara alınmışdır.

Birliyin nümayəndələri Qafqaz Universitetində olmuş və burada   təhsil alan tələbələrlə görüş keçirmişlər. Kimyaçıların ideyasının önündə gələcək mütəxəssislərin intellektual inkişafı, "Azərikimya" ilə yeni, daha sıx münasibətlərin formalaşması durduğu üçün universitet təmsilçiləri təşəbbüsü qəbul edərək, bu işə tələbələrin məmnunluqla qoşulacaqlarını bildirmişlər.

Görüşün davamı olaraq "Azərikimya"nın nümayəndələri auditoriylara dəvət olunmuş, onlara tələbələrin innovasiya texnologiyaları üzrə son dövrlərdəki texniki yaradıcılığı, o cümlədən müəllimlərlə birgə yaratdıqları, müstəsna praktiki əhəmiyyətə malik roboto-texniki vasitələr barədə ətraflı məlumat verilmişdir.

Yaxın günlərdə "Azərikimya"nın informasiya texnologiyaları şöbəsinin əməkdaşları  və tələbələr birliyn saytının təkmilləşdirilməsi üzrə birgə işə başlayacaqlar. 

 

Akif ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video