09:53 26 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
02:07 26.10.2021

26 oktyabr


01:58 26.10.2021

BİLDİRİŞ


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Mənsum İbrahimov: Şuşada hər zaman “Qarabağ şikəstəsi”, Üzeyir bəyin əsərləri səslənib
ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
18:47 18.09.2021

 

Bu gün dahi Üzeyir bəyimizin doğum gününü məhz Üzeyir bəyin heykəli qarşısında, Şuşamızda qeyd edirik. Zəfərimizdən sonra ilk dəfədir Milli Musiqi Günümüzü Üzeyir bəyin heykəli önundə keçiririk. Bu, çox gözəl hisslərdir. Sözlə ifadə etmək çox çətindir.

Bu sözləri sentyabrın 18-də AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalında iştirak etmək üçün Şuşaya gələn Xalq artisti Mənsum İbrahimov söyləyib.

Xalq artisti bildirib ki, biz buna görə ordumuza, şəhidlərimizə, qazilərimizə, Ali Baş Komandanımıza borcluyuq: “Çünki bu qüruru, bu bayramı bizə onlar yaşatdılar. Bura gələn hər kəs görür ki, igidlərimiz Cıdır düzündən, qayalardan necə dırmaşıb bu şəhəri azad ediblər, Şuşanı öz tarixi sahiblərinə qaytarıblar. Bundan sonra biz burada əbədi yaşayacağıq. Burada hər zaman çal-çağır olub, hər zaman muğam səslənib, Qarabağ şikəstəsi səslənib, Üzeyir bəyin əsərləri səslənib. Bu gün də Leyli-Məcnun səslənəcək, “Qarabağ şikəstəsi” səslənəcək. Bundan böyük qürur hissi ola bilməz, Allah dövlətimizi daim var eləsin”.

“Şuşanın girişində bayraqlarımızı görürük, türk bayrağı ilə qoşa dalğalanır və hər zaman bir millət olaraq bu qardaşlığı davam etdirəcəyik. Musiqiçilərimizi, xalqımızı təbrik edirəm. Hər kəsə gözaydınlığı verirəm ki, bu gün biz artıq azad Şuşadayıq”, - deyə o əlavə edib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM