Məni yaşadan oğlumun xatirəsinin əziz tutulmasıdır
Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan və Azərbaycanın ən ali mükafatına - Milli Qəhrəman adına layiq görülənlər arasında mənim oğlum Eltun İsgəndərov da var. Fəxr edirəm ki, böyüdüb boya-başa çatdırdığım övladım Vətənini canından əziz tutaraq onun yolunda şəhid olub.
Atayam. Vətənin, millətin şəhid övladısa mənimdir. Şəhidlik nə qədər uca və müqəddəs zirvə olsa da, övlad itkisi valideynləri üçün sağalmaz yaradır. Amma məni yaşadan, təskinlik verən, gələcəyə nikbin baxmağa vadar edən oğlumun xatirəsinin əziz tutulması, ona göstərilən dövlət münasibəti, el məhəbbətidir. Şəhid olduğu gündən indiyədək Eltun unudulmayıb və vaxtilə təhsil aldığı Samux rayonunun Əhmədbəyli kənd orta məktəbində onun doğum günləri hər il təntənə ilə qeyd edilib.
Builki anım gününə də xeyli insan yığışmışdı. Oğlumun məzarını ziyarət edən və üstünə tər qərənfillər düzənlər arasında uşaqları, gəncləri görəndə ürəyim fərəhlə döyündü. Onların hər birini öz balam bildim. Tədbir daha sonra oğlumun təhsil aldığı Əhmədbəyli kənd orta məktəbində davam etdirildi. Mərasimdə onun qısa, lakin şərəfli ömür yolundan, xidməti şücaətindən danışıldı. Çıxış edənlər dövlətimizin şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə göstərdiyi qayğıdan da bəhs etdilər. Bəli, ölkə Prezidenti İlham Əliyev torpaqlarımızın müdafiəsi uğrunda canından keçən Vətən oğullarını və onların ailə üzvlərini daim diqqət mərkəzində saxlayır. Onların həyat və məişət şəraitinin yaxşılaşdırılmasına xüsusi önəm verir.
Oğlum 2009-cu ildə həqiqi hərbi xidmətdə olarkən Cəlilabad rayonu istiqamətində sərhəd pozucuları ilə döyüşdə əsgər yoldaşlarının həyatını öz canı bahasına xilas edərək şəhid olub.
Mən bir şəhid atası kimi torpaqlarımızın toxunulmazlığı uğrunda canlarından keçən mərd oğullarımızın xatirəsini əziz tutan hər kəsə, o cümlədən ölkə rəhbərinə ailəmiz adından minnətdarlığımı bildirirəm.
Xaləddin İSGƏNDƏROV,
şəhid atası
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar YENİLƏNƏCƏK ...
25 Aprel
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
25 Aprel
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB
25 Aprel
Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub
25 Aprel
Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir
25 Aprel
Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək ...
25 Aprel
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir
25 Aprel
Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir
25 Aprel
Xocalıda insan qalıqları aşkarlanıb
25 Aprel
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş pla...
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!