29 Yanvar 2021 14:25
826
Təhsil
A- A+

Məleykə Abbaszadə: Buraxılış və qəbul imtahanları üçün onlayn sınaq imtahanlarında iştirakçı sayı 4 minə yaxın olub

 

COVID-19 pandemiyası dövründə Dövlət İmtahan Mərkəzində (DİM) şagirdlərə və abituriyentlərə metodik kömək məqsədilə 4-11-ci sinif dərsliklərinin hər bir tədris vahidi (8 min 800 tapşırıq), hər bir mövzusu (28 min 535 tapşırıq) üzrə onlayn sınaq variantları, eləcə də buraxılış və qəbul imtahanlarında tətbiq edilən tapşırıq modellərinə uyğun 3 (hər biri 1 variant olmaqla) onlayn sınaq variantları hazırlanıb və otk.az. portalına yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə yanvarın 29-da keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, dərsliklər üzrə onlayn sınaq imtahanlarında iştirakçı sayı 7 min 298 nəfər olub. Buraxılış və qəbul imtahanları üçün onlayn sınaq imtahanlarında iştirakçı sayı 3 min 899 nəfər olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video