15:10 27 Noyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:31 27.11.2021

Arzusu general olmaq idi


01:30 27.11.2021

Babək hünərli igid


01:30 27.11.2021

Dünyanın yeni problemi


01:26 27.11.2021

BİLDİRİŞ


01:25 27.11.2021

BİLDİRİŞ


Qusarın payız etüdləri FOTOLENT
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Mələk nənənin qocalıq diləyi
ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
06:10 01.10.2011

 

Astaranın Siyatük kəndi bir qədər ucqardadır - Talış dağlarının ətəyində qədim yurd yeridir. Ən böyük əmanəti də əsrdən çox yaşı olan qocalarıdır. Elə 112 yaşlı Mələk nənə də bir-birinə bənzəyən kənd evlərinin birində yaşayır. Qapısını döydük, o tərəfdən səs-səmir gəlsə də, hələ ki darvazanı açmağa tələsmir. Bizə bələdçilik edən nəvəsi Sədailin səsini eşidəndən sonra bir qədər ürəklənir: "Xoş gəlmisiniz, a bala", - deyə içəri dəvət edir. Amma baxışlarında bir nigarançılıq duyulur. Yad adam görəndə vahiməli günlərini xatırlayır. Deyir ki, onda da qəfil gəlmişdilər. Sorğu-sualsız evin kişisini - Cəbrayılı apardılar. Təqsirləndirdilər ki, dava vaxtı əsirlikdə olub. Düz beş il Qazaxıstan çöllərinə sürgün etdilər. Sonra da bəraət kağızı verib geri qaytardılar ki, səhv etmişik. O illərdə belə səhvlərin güdazına gedənlərin sayı çox idi. Mələk nənə o vaxtdan bəri adi gecə zənglərindən, yad adamların qapı döyməsindən vahimələnir. Övladları o illərin bir daha geri dönməyəcəyinə nə qədər inandırmağa cəhd etsələr də, nədənsə Mələk nənə içindəki xofu, qorxunu canından qova bilmir. Deyir ki, getsin o günlər. Nər kimi oğulların ömrünə balta çaldılar. Adamları məcbur edirdilər ki, kömək üçün Stalinə məktub yazsınlar. Amma belə şeyləri heç eynimə də gətirməzdim... Hər dəfə Cəbrayıldan məktub alanda onun dözümünə mat qalırdım: "Özündən muğayat ol, uşaqları qoru, məndən nigaran qalma!.." O məktubları xatırlayanda dərdlərinin başlanğıcına qayıdır Mələk nənə, kədərli günlərini yada salır. Müharibənin zədələri, zərbələri səngiməmiş sürgün əzabları, ağrıları başlayırdı. Onda Mələk nənə təkcə öz övladlarının yükünü çəkmirdi. Özü demişkən, 95 yetimi vardı, gərək onların da qarnını doyuzduraydı. Müharibənin ən ağır illərində Mələk Zülfüqar qızı Tahirova kənddəki körpələr evində tərbiyəçi işləyirdi. Amma təkcə körpələrin yox, elə böyüklərin də ümid və güman yeri idi. Onu böyüdən, ərsəyə gətirən imam ocağına kəndin-kəsəyin inancı vardı. Şeyx Məhəmməd əfəndinin varisi sayılır Mələk nənə. Ona görə də bu ziyarətgahın müqəddəsliyini, haqq ocağı olduğunu dönə-dönə vurğulayır, and yeri kimi uca tutur. Mələk nənənin dediklərindən:

- Müharibəni də görmüşəm, aclığı və qıtlığı da. Hələ üstəlik, sürgün əzablarına da tablaşmışam. Amma ermənilərin başımıza açdığı müsibəti, sitəmi görməmişəm. Nəvəm Şəmşiri sağ-salamat özüm yola salmışdım. Qayıdanda tanıya bilmədim. Əlində-ayağında salamat yer qalmamışdı. Gecəli-gündüzlü Allaha yalvarıram ki, təki itkilərimiz qayıtsın...

Mələk nənə onu da deyir ki, günü bu gün 18 nəvəmi, 40 nəticəmi bir yerə cəm eləyib savaşa göndərməyə hazıram. Hələ üstəlik, özüm də onlara həyan olaram. Kaş mənim istəklərim çin olaydı - o dünyaya nisgilli köçməyəydimE

Hərəkətlərində bir qıvraqlıq, çeviklik və cəldlik sezilir Mələk nənənin. İradəsinə və dözümünə söz ola bilməz. Deyirlər ki, əri sürgündə olanda ona çox təzyiqlər olub ki, əfv üçün Stalindən kömək, imdad istəsin. Elə onda da eyni qürurla, mərdliklə, cəsarətlə öz sözünü deyib:

- Mən zalımdan kömək ummaram. Aclığını onda dilinə gətir ki, o yerdə qarnın doyur...

İllər Mələk nənəni çətin sınaqlardan keçirəndə vaxtını-vədəsini vərdiş etdiyi bir işə sərf edib - naxışlarına qədimlik havası hopan xalılar, xalçalar toxuyub. Söz düşəndə deyir ki, bircə niyyətim qalıb:

- Təki torpaqlarımız əsirlikdən qurtarsın. Vallah, bu yaşımda gedib o yerləri bir də ziyarət edərəm. Toxuduğum kilimlərdən birini Şuşanın tarix muzeyinə bağışlayaram. Qoy o yerlərdə mənim də ilmələrimin nişanəsi qalsın...

Belə deyəndən sonra Mələk nənəyə elə bil gümrahlıq, dirilik gəlirdi. Az qala, Tanrıdan yaşamaq üçün, o günləri görmək üçün möhlət umurdu. Sözarası bir gileyini  gizlətmədi Mələk nənə:

- Uşaqlar məni dinc qoymur, ay oğul. Yurdumdan-yuvamdan ayırıb Bakıya köçürmək istəyirlər. Vallah, bu dağlar olmasa, heç bir gün də yaşaya bilmərəm. Bu kəndin nemətləri can dərmanıdır - suyu, havası, ağartısı, göy-göyrətisiE Bir də ki ata-baba ocağının öz istisi var.

Kənddə-kəsəkdə yaşıdlarının sayı seyrəldikcə Mələk nənə gizli-gizli xiffət edir:

- Əcəldən qorxmuram, ay oğul, - deyir. Qismətimlə barışıram. Şükür Allaha, böyrümdə-başımda kötükcələrim böyüyür. Ayrı şeylərin dərdini çəkirəm. Elə bil ağsaqqallar, ağbirçəklər azaldıqca, adamlar bir-birindən yadırğayır. Bir vaxtlar bu şeyx ocağında təpərli kişilərdən eşitdiyim söz-söhbətə tamarzı qalmışam. Bu balaca kənddə yiyəsiz qalan evlərin sayı yaman çoxalır. Şəhər çəkib aparır uşaqları...

Nə yaxşı ki bu dağ kəndinin bağ-bağatı var. Yoxsa, Mələk nənəni ovundurmaq bir qədər çətin olardı. Söhbətimizin şirin yerində gümrahlıqla ayağa qalxır, əlini günlük edib gözlərinin üstünə aparır. Sonra barmağının işarəsi ilə həyətin o başındakı gövdəli ağacı göstərir:

 - Cəbrayılın yadigarıdır, - deyir. Hələ də özüm qulluq edirəm. Bizim tərəflərin əzəmətli ağacı sayılır dəmirağacı. Adı qədər möhkəm və dözümlüdür.

Övladları söyləyir ki, Mələk nənə elə bil hər gün bu ağacla əməlli-başlı söhbət edir, dərdləşir, ürəyini boşaldır. Amma bu pünhan söhbətləri heç kəsə açıqlamır. Bircə onu bilirik ki, ağac onun sirr yoldaşıdır. Bunu heç Mələk nənə özü də gizlətmir, hər şeyi səmimiyyətlə etiraf edir:

- Dərdini anlamaza söyləməkdənsə, bu ağacla söhbətləşmək daha asandır. Heç olmasa bilirəm ki, mənə arxa, dayaq olan bir insanın yadigarı ilə dərdləşirəm. Bir də onu bilirəm ki, bu ağacı ərsəyə gətirən kişi heç vədə namərdlik etməyib, günahsız, ləkəsiz, təmiz yaşayıb. Ömrünün son məqamlarında pıçıltı ilə bircə onu dedi ki, kişi kimi ölmək özü də şərəfdirE

Astaranın ucqar dağ kəndindən - Siyatükdən ayrılıb geri dönəndə Mələk nənə sonuncu dəvətini də gizlətmədi bizdən:

- Bu tərəflərin toy-düyünü başqa aləmdir, ay oğul. Vaxt-vədə tapıb özün şahid olasan gərək. Bu gün-sabah ortancıl nəvəmin toyudur. Qarazurna ismarıc etmişəm. O səsdən ötrü qəribsəmişəmE

O qarazurnanın qərib səsi Mələk nənənin qocalıq ismarıcıdır. Bir də ki ən kövrək arzusudur. Təki arzuların, istəklərin çin olsun, Mələk nənə!..

 

Bəşir ŞƏRİFLİ,

"Azərbaycan"



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM