20 Oktyabr 2021 10:14
1252
SİYASƏT
A- A+

Meksika paytaxtı Azərbaycan bayrağının rənglərinə bürünüb

 

Oktyabrın 18-də Azərbaycanın müstəqilliyinin bərpasının 30-cu ildönümünün qeyd olunması şərəfinə Mexiko şəhərinin əhəmiyyətli dövlət binaları və şəhərin simvolu sayılan abidələri, bu xüsusda paytaxtın əsas toplanış mərkəzi olan Konstitusiya Meydanı ətrafındakı binalar, o cümlədən Mexiko şəhər hökumətinin inzibati binası, İnqilab Abidəsi, Müstəqillik Mələyi və digər tarixi abidələr Azərbaycan milli bayrağının rəngləri ilə işıqlandırılıb.

Azərbaycanın Meksikadakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, bu münasibətlə Meksika federal hökuməti və Mexiko şəhər hökumətinin nümayəndələri, KİV təmsilçiləri, QHT və gənclər təşkilatlarının iştirakı ilə İnqilab Abidəsinin önündə təşkil olunmuş mərasimdə çıxış edən səfir Məmməd Talıbov Azərbaycanın müstəqillik tarixi və əldə etdiyi nailiyyətlər, habelə Meksika ilə ikitərəfli əlaqələri haqda tədbir iştirakçılarına məlumat verib. Paytaxtın vacib dövlət bina və abidələrini üçrəngli bayrağımızın rəngləri ilə işıqlandırılması addımına görə Meksika tərəfinə təşəkkür edən diplomat, Konqres tərəfindən qəbul edilmiş təbrik bəyanatına görə də minnətdarlığını bildirib.

Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılmış bina və abidələrin Mexiko şəhərinin ən çox insan toplanan rayonlarında olması gecəboyu həm paytaxt sakinlərinin, həm də əcnəbi turistlərin diqqətini cəlb edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video